Süni intellektdən az və çox istifadə edən ölkələr Azərbaycanın siyahıdakı yeri
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan 2025-ci ildə süni intellektdən (Sİ) istifadəyə görə dünya reytinqində 147 ölkə arasında 65-ci yeri tutub.
Bu barədə “Microsoft”un Süni İntellekt İnstitutunun araşdırmasında bildirilib.
Tədqiqata görə, Azərbaycanda əhali arasında süni intellektdən istifadə nisbəti 15,5 faiz təşkil edir. Gürcüstan bu baxımdan Cənubi Qafqazın lider ölkəsidir. Gürcüstan 18, 2 faiz nisbətlə 55-ci yerdə qərarlaşarkən, Ermənistan 6,6 faizlə 139-cudur.
Qonşu ölkələrdən Türkiyə 68-ci (14,6 faiz), İran 91-ci (10,7 faiz) və Rusiya 119-cu (8 faiz) yerdədir.
Digər türk ölkələrinə gəlincə, Qazaxıstan 72-ci (13,7), Qırğızıstan 117-ci (8,2), Özbəkistan 141-ci (6,3) və Türkmənistan 146-cı (5,6) yeri tutur.
Siyahının ilk onluğu aşağıdakı kimdir:
BƏƏ (64)
Sinqapur (60)
Norveç (46,4)
İrlandiya ((44,6)
Fransa (44)
İspaniya (41,8)
Yeni Zelandiya (40,5)
Böyük Britaniya (38,9)
Qətər (38,3)
Avstraliya (36,9)
Siyahını 5,1 faiz göstərici ilə Kamboca tamamlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 23 Yanvar 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















