Süni intellektdən məsləhət aldı Küçədə qaldı
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-də ev sahibi ilə yaşanan mübahisə zamanı süni intellektdən hüquqi məsləhət alan 60 yaşlı şəxs tətbiqin yönləndirməsi ilə kirayə haqqı ödəməyi dayandırıb və nəticədə evsiz qalıb.
Bizim.Media xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının Santa Kruz şəhərində yaşayan Danimarka vətəndaşı Klaus Elmfelt Aerenlund kirayədə qaldığı evlə bağlı ev sahibi ilə problem yaşamağa başlayıb.
Anlaşmazlığı həll etmək üçün vəkildə müraciət etmək əvəzinə süni intellektdən kömək istəyən 60 yaşlı kişi tətbiqin ona kirayə ödənişlərini dayandıra biləcəyini və mövcud şəraitdə evdən çıxarılmasının hüquqi cəhətdən mümkün olmadığını bildirdiyini iddia edib.
Bu cavabları etibarlı hüquqi məlumat kimi qiymətləndirən Aerenlund ödənişləri dayandırıb.
Lakin daha sonra başladılan evdənçıxarma prosesində gözlədiyi hüquqi qorumanı tapa bilməyib. Evindən çıxarıldıqdan sonra sığınacaq tapa bilməyən şəxs iki köpəyi ilə birlikdə avtomobilində yaşamağa başladığını açıqlayıb.
Yaşadığı maddi itkilərdən və mənzil problemindən süni intellektin yanlış yönləndirmələrini məsul bilən zərərçəkən şirkətə qarşı hüquqi prosesə başlayıb. O, süni intellektin hüquqi məsələlərdə etibarsız tövsiyələr verdiyini və bunun ağır nəticələrə yol açdığını irəli sürüb.
Sözügedən məhkəmə işi süni intellekt tətbiqlərinin istifadəçilərinə təqdim etdiyi hüquqi məlumatların sərhədləri və bu məlumatlardan yarana biləcək zərərlərlə bağlı müzakirələri yenidən alovlandırıb. (Musavat.com)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Noyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















