Icma.az
close
up
RU
Süni intellektdən qanunsuz əməllər üçün istifadə olunur Nizami Səfərov

Süni intellektdən qanunsuz əməllər üçün istifadə olunur Nizami Səfərov

Icma.az bildirir, Sfera.az portalına istinadən.

"Müasir şəraitdə Azərbaycan Respublikasının əsas prioritet vəzifələri sırasında ölkənin kibersuverenliyinin təmin edilməsi xüsusi yer tutur".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Nizami Səfərov deyib.

Onun sözlərinə görə, kritik infrastrukturu obyektlərinin etibarlı formada mühafizəsi, vətəndaşların hüquqları və qanuni mənafelərinin müdafiəsi ayrılmaz şəkildə kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlıdır:

"Nəzərə almaq lazımdır ki, müasir şəraitdə cinayətkarlığın strukturu və dinamikasında müşahidə edilən uzunmüddətli meyllər birmənalı olaraq nümayiş etdirir ki, mütəşəkkil cinayətkar qruplar və fərdi kriminal elementlər informasiya kommunikasiya texnologiyalarından istifadə edərək terrorçuluq, cinayət yolu ilə əldə edilən gəlirləri leqallaşdırılma, maliyyə sisteminin mühüm elementi olan bank strukturlarının fəaliyyətinə qarşı kiberdələduzluq kimi qanuna-zidd məqsədlər üçün istifadə edirlər". 

Deputat nəzərə çatdırıb ki, sön dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsi ilə saxta videomüraciətlərin yayılnması, sosial mediada bankların etimadından sui-istifadə etməklə həqiqətə uyğun olmayan məlumatların yayılması, vətəndaşların bank kartlarından kiberdələduzluq vasitəsi ilə külli miqdarda vəsaitlərin əldə olunması təcili təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir:

"Rəsmi rəqəmlərə görə, 2024-cü ildə kiberdələduzluq nəticəsində vətəndaşlara 22 milyon manatdan çox maddi ziyan vurulub, 2025-ci ilin ilk dörd ayı ərzində dəymiş zərər 6 milyon manatdan çox olub. Müvafiq dövlət orqanları kibercinayətkarlıqla mübarizədə bütün zəruri təbdirləri həyata keçirirlər, eyni zamanda, məsələnin mühüm tərəfi mövcud qanunvericiliyin təkmilləsdirilməsi və cinayətkarlığın gələcək illərdə transformasiya tendensilarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsidir".

Firuzə Əliyeva
Sfera.az

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri