Icma.az
close
up
RU
Qobustan qayüstü təsvirləri öyrənmək üçün süni intellektdən istifadə olunur

Qobustan qayüstü təsvirləri öyrənmək üçün süni intellektdən istifadə olunur

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qobustan qayaüstü rəsmləri min illər boyunca ibtidai insanın dünyanı dərk etmə tərzini, inanc sistemini, ov və yaşayış mədəniyyətini bu günə daşıyan vizual dil hesab oluna bilər. Müasir dövrdə bu dili anlamaq və şərh etmək üçün artıq ənənəvi metodlar kifayət etmir. Süni intellekt, 3D model sistemləri və rəqəmsal analizlər sayəsində qayaüstü rəsmlər ilk dəfə dərinliklə öyrənmə imkanı yaradılıb.

Modern.az mövzu ilə bağlı Avropa Şurasının nəzdində CARP–PRAT, YUNESKO Qayaüstü İncəsənət Abidələri layihəsinin məsləhətçisi, İçərişəhər Muzey Mərkəzinin direktor müavini Məlahət Fərəcova ilə həmsöhbət olub. 
O qeyd edib ki, Qobustan qayalarının oxunması üçün rəqəmsal, 3D proqram “Agisoft” proqramından istifadə olunub. 
“Bu proqramın köməyi ilə biz minlərlə qayanın şəklini çəkdikdən sonra proqrama yerləşdirdik və o şəkilləri birləşdirərək, daşın bütün səthindəki təsvirləri bizə göstərdi. 3D proqramlarının üstünlükləri təsvirləri böyütmək və onu daha da dərindən öyrənmək olub. Qobustanın qayaüstü rəsmləri çox mürəkkəbdir. Belə ki, buradakı təsvirlər bir-birinin üstünü kəsir və onları bir-birindən ayırmaq çətinləşir. Mən 29 nömrəli panel üzərində bu proqramda işlədim, qeyd edim ki, bu daş Qobustanda olan ən mürəkkəb daşlardan biridir. Həmin daşın üzərində Üst Paleolit dövründən, Erkən Mezolit dövrünə qədər olan illərdə müxtəlif rəsmlər çəkilib. Onları xarici dildə istifadə olunan Superimposition ( iki və ya daha çox obyektin, görüntünün və ya informasiyanın bir-birinin üzərinə gətirilməsi prinsipini ifadə edən anlayış - red) terminini bura aid edə bilərik. Qayaüstü rəsmləri texnologiyanın köməyi ilə böyüdərək proqramın köməyi ilə bunu çox asanlıqla etdik, hətta təsvirlərin keyfiyyəti də itmədi. Həmin vaxt gördük ki, hansı təsvir, nəyin üzərinə düşərək hansı təsviri kəsir”.
Tədqiqatçı M.Fərəcova bildirib ki, qayalar üzərində asanlıqla görə bilmədiyimiz ən altdakı təsvirlər ən qədim dövrlərə aiddir və onu asanlıqla oxumaq mümkün deyil, lakin burada yeni texnologiyalardan istifadə prosesi asanlaşdırır:
“Yeni texnologiya bizə həm də təsvirlərin tarixini öyrənməyə kömək oldu. Rəsmi hansı təbəqənin çəkdiyini də müəyyən edə bildik, çünki bizdə radio karbon analizləri mövcuddur. Onun əsasında nəticəyə gəldik ki, qayaüstü rəsm mədəni təbəqədən də daha qədim dövrdə çəkilib. Mədəni təbəqə 14 min il əvvəl formalaşıb və bu təsvirlər də onlardan əvvəl mövcud olduğunu bildiyimiz üçün həmin təsvirlərə 14 min il yaş veririk. Əgər qayalarda rəsmlər daş alətlər təsvir olunubsa, onun daha qədim dövrə malik olduğunu deyə bilirik. Metal alətlərlə qayaüstü rəsm təsvir olunubsa, bu dəmir dövrü və ondan sonrakı dövrə aid edilir”. 
Onun sözlərinə görə, 3D texnologiyalar qayaüstü rəsmlərin öyrənilməsində ilkin variantdır və süni intellektlə də həmin landşaftı bərpa etməyə imkan yaratdı:
“İlk dəfə Qobustanda yaşayış məskənlərinin, tikililərin planları təsvirləri aşkar edilib, bu da öz növbəsində bizim üçün xəritə rolunu oynayıb. Praktika müşahidə olunur ki, Skandinaviya ölkələrində bu cür təsvirlərə daha çox rast gəlinir. Çünki burada hava şəraiti - qarın və buzun olması insanların yolun tapmasına çətinlik yaradıb və onlar da yollarını tapmaq üçün kompas kimi qaya üzərində təsvir etdikləri rəsmlərdən istifadə edirdilər. Çox güman ki, Qobustanda da eyni şəkildə həmin təsvirlərdə istifadə olunurdu. Çünki ikinci, birinci minilliyə və ondan da qədim dövrdə Qobustan qayaları dənizlə yuyulurdu. Bir neçə dəfə Qobustanda suyun ciddi şəkildə artması müşahidə edilib, qaya təsvirlərinin də çoxluğu heç təsadüf deyil, çünki həmin dövrdə Qobustan ada kimi idi və bu təsvirlər onlara hansı tərəfə getməklərinə kömək olurdu. İlk dəfə 3D proqram və yeni texnologiya vasitəsi ilə, hətta süni intellekti də bura cəlb etsək, qayaüstü rəsmlərin həkk olunmuş süjetlərini daha rahat oxuya bilirik. Təsvirləri 3D formatında bərpa etdikdə, görürük ki, ibtidai insanlar bizə öz həyat tərzlərini, miflərini və yaxud da hansısa ayinlərini bizə çatdırmaq istəyirlər. 3D animasiyalara baxdıqdan sonra gördük ki, ibtidai insanlar təsvirləri necə detallı təsvir ediblər. Məsələn bizim texnologiya ilə öyrəndiyimiz təsvirlərin birində görürük ki, bir qrup insan öküzü qayanın kənarına sıxışdırmaq istəyir. Bu da onu göstərir ki, insanlar heyvanın daha güclü olduğunu bilirdi və onu zərərsizləşdirmək üçün belə addım atırdılar, bunu da təsvirdə çox yaxşı şəkildə göstəriblər. Bu da bizə onların həyat tərzi haqqında kifayət qədər məlumat verir”. 

Məlahət Fərəcova vurğulayıb ki, Sovet dövründə qayaüstü təsvirləri fraqmentlərlə izah edirdilər və nəticə kimi statistik məlumatlar təqdim edirdilər, hazırda isə süni intellekt bizə qədim zamanlarda insanların həyatını təsvirlər vasitəsi ilə oxumağa imkan yaradır:
“Həmin dövrdə məlumatlar qayalar üzərində təsvirlərin sayını bilməkdən ibarət idi. Məsələn 29 nömrəli qayanın üzərində 5 öküz, 20 qadın, yaxud da 30 ovçu təsvir edilib kimi yazılırdı. Lakin yeni texnologiyaların köməyi ilə biz statistik məlumat deyil, o kodları açaraq oxuyuruq. Bu metodologiyanı ilk dəfə Kembric Universitetinin professoru Kareliyan qayaüstü rəsmlərini oxumaq üçün istifadə olunub. Daha sonra mən daha da dərinə getdim. Kareliyanın təsvirləri bir dövrə aiddir, yəni rəsmlər bir-birinin üstündə çəkilmədiyi üçün onu oxumaq daha rahatdır, Qobustanın unikallığı isə ondadır ki, ən qədim dövrdən, son orta əsrlərə qədər insan izlərini biz burada müşahidə edə bilirik və qayaların üzərində həmin sənət əsərlərini görə bilirik”. 


“Bu gün mən oxuya bilirəm ki, ibtidai insanlar bizə nə haqda mesajlarını çatdırmaq istəyirdi. Bu bir tədqiqatçı olaraq mənim üçün çox sevindirici haldır” - deyə o, sonda qeyd edib.   
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri