Icma.az
close
up
RU
Süni intellektə güvənmək olar? AÇIQLAMA

Süni intellektə güvənmək olar? AÇIQLAMA

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ChatGPT" və bu kimi süni intellekt platformalarından şəxsi maraqlar və digər informasiyalar məqsədilə yararlananların sayı kifayət qədər çoxdur. Hətta bu tip platformalar bəzi kəslər üçün dost, psixoloq, müəllim, yaşam koçu rolunu da oynayır deyə onunla bütün şəxsi məlumatlarını paylaşırlar.

Bəs bu baxımdan süni intellektə güvənmək nə qədər doğrudur?

Məsələ ilə bağlı İKT üzrə ekspert Fərhad Mirəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, gündəlik həyatımızda süni intellekt əsaslı həllər həm fərdi şəxslər tərəfindən, həm də hər gün artan temp üzrə korporativ mühitdə şirkətlər tərəfindən istifadə olunmağa başlayır. Bu məsələlərin təhlükəsizliyi ilə bağlı birmənalı demək olmaz ki, hansısa məhsul təhlükəlidir və yaxud da təhlükəsizdir. Burada araşdırma tələb edən məsələlər var:

"Korporativ mühit çox həssasdır və burada süni intellekt vasitəsilə emal olunan datalar çox mühümdür. Hansı datalar süni intellektə təhvil verilə bilər, hansılar gözlənilməlidir və s. - buna artıq həmin müəssisədə informasiya təhlükəsizliyindən məsul şəxslər qərar verir. Amma faktdır ki, süni intellekt əsaslı həlləri tətbiq etməzdən əvvəl korporativ mühitdə mütləq şəkildə informasiya təhlükəsizliyi auditi keçirilməlidir. Həmin auditin nəticəsi olaraq süni intellekt əsaslı məlumatların sızdırılması və sızdırılmanın səviyyəsi və minimallaşdırılması üzərində təhlillər aparılmalıdır. Yalnız bundan sonra qiymətləndirilmə mərhələsinə hansı dataların süni intellekt əsaslı həllərə emal üçün daxil edilməsinə qərar verilə bilər. Əks halda, əgər səthi yanaşma olarsa, o zaman əlbəttə ki, korporativ mühitdə olan datalar üçüncü tərəflərin əlinə keçə bilər. O cümlədən, sənaye casusluğu məqsədilə də bu dataların kimlərsə tərəfindən əldə olunması ehtimalı çox böyükdür".

Ekspertin sözlərinə görə, fərdi şəxslər də süni intellekt əsaslı həllərdən istifadə edərkən ehtiyatlı olmalıdırlar:

"Yəni gündəlik həyatımızda tez-tez elə bir tələbatla rastlaşırıq ki, müəyyən hallarda süni intellekt lazım olur, amma bu həllər bir neçə modifikasiyada bizə əlçatandır. Müxtəlif proqram təminatları var, müxtəlif saytlar var. Mən tövsiyə edərdim ki, istehsalçılar, kodlayıcılar araşdırılsın və etibarlı olan mənbələrdən istifadə olunsun. Misal olaraq, "Open AI" şirkətinin "ChatGPT", "Google" şirkətinin "Gemini", "Microsoft"un "Capilot" məhsulu hazırda digərlərinə nisbətən təhlükəsiz sayılır. Amma nə qədər təhlükəsiz olduğunu araşdırmaq üçün audit həyata keçirmək lazımdır. Son günlərdə də Çin mənşəli “Deepseek" adlı bir süni intellekt həlli artıq istifadəyə verilib və digərlərindən fərqli olaraq onun kodu açıq mənbəlidir. Yəni istənilən adam həmin süni intellektin proqram təminatına nəzər yetirərək oradakı dataların necə emal olunması, kimlərə əlçatan ola bilməsi risklərinin araşdırılması baxımından sərbəstdir.

İnsidentlər bundan əvvəl də olub. 2019-cu ildə bir "FaceApp" proqramı var idi və simanı yaşlı insan formatına gətirirdi. Yəni sən qocalanda necə olacağını görürdün. Sonradan bəlli oldu ki, onlar həmin topladıqları dataları üçüncü tərəflərə satırlarmış. Bundan başqa, "Google" şirkətinin Android əməliyyat sistemi əsaslı telefonlarda istifadə etdiyi "Google Photos" bulud əsaslı proqram təminatında da bir xəta aşkarlanmışdı və bu xəta nəticəsində istifadəçilərin şəkilləri, videoları və s kimi bu kimi dataların naməlum şəxslər tərəfindən istifadə olunması ehtimalı gündəliyə gəlmişdi. Amma bu barədə sonradan heç bir açıqlama verilmədi".

Mütəxəssis qeyd edib ki, istənilən halda risklər var və həmin riskləri azaltmaq üzərində düşünmək lazımdır. Kortəbii istifadə edilərsə, burada tam məsuliyyət həmin istifadəçi vətəndaşın öz üzərinə düşür.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:409
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Fevral 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri