Icma.az
close
up
RU
“Süni intellektin iş yerlərinə təsiri prioritet olacaq” Yenilənib

“Süni intellektin iş yerlərinə təsiri prioritet olacaq” Yenilənib

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Minimum əməkhaqqının və sosial müavinətlərin artırılması vətəndaşların, həmçinin AHİK nümayəndələrinin rifahının yüksəldilməsinə xidmət edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında deyib.

O bildirib ki, bu toplantı təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasına töhfə verir: “Bununla yanaşı, sosial tərəfdaşlığın da sürətləndirilməsinə imkan verir. Nazirlər Kabineti iş yerlərində təhlükəsizlik və sosial müdafiə məsələləri ilə bağlı AHİK-lə birgə fəaliyyət göstərir. 2026–2028-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə ətraf mühit və süni intellektin iş yerlərinə təsiri prioritet istiqamətlərdən biri olacaq”.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov əlavə edib ki, kütləvi şəkildə robotlaşma, süni intellektin tətbiqi əmək və işçi anlayışlarına yeni məzmun gətirir:

“Azərbaycanda əmək hüquqlarının qorunmasına dair hüquqi baza formalaşdırılıb. Məhz bu hüquqi baza əsasında Azərbaycan hökuməti vətəndaşların əmək hüquqlarının qorunması kimi məsuliyyətli vəzifəni uğurla həyata keçirir. Həmçinin yeni çağırışlar həmkarlar təşkilatlarının fəaliyyətinin yenilənməsini gələcəkdə ciddi şəkildə tələb edəcək. Mən inanıram ki, biz artıq əmək sahəsində köklü dəyişikliklərin şahidi oluruq və gələcəkdə bu daha aydın şəkildə özünü göstərəcək”.

***

AHİK sədri Sahib Məmmədov bildirib ki, Prezidentin salamlama məktubu yalnız mənəvi dayaq deyil, eyni zamanda gələcək fəaliyyətimizdə daha məsuliyyətli və qətiyyətli olmaq üçün çağırışdır:

“Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri və sizin adınızdan dəyərli tövsiyələrinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildirir, yüksək diqqət və etimada layiq olmaq üçün üzvlərimizin hüquqlarının müdafiəsi, sosial rifahının yaxşılaşdırılması istiqamətində fəaliyyətimizi daha böyük məsuliyyət və qətiyyətlə davam etdirəcəyimizi bəyan edirik”. 

Konfederasiya sədri Ümummilli Lider Heydər Əliyevin həmkarlar ittifaqlarının inkişafındakı rolunu vurğulayıb: “1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun əhəmiyyəti böyükdür. Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına verdiyi davamlı dəstəyi və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan, həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələr ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcək”.

Fidan Etibar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri