Süni intellektin pulsuz olmasının arxasında nə dayanır? 5 il sonra baş verəcəklər...
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Süni intellektin pulsuz olduğunu əsas gətirərək, iddia edirlər ki, biz süni intellekti öyrədən işçilərik. Süni intellektin dəqiqləşməsi üçün “insani feedback” deyilən bir prosesə ehtiyac var. İnsanlar kimi düşünə bilməsi üçün milyardlarla dəfə bizim tərəfimizdən təkmilləşdirilməlidir. Bildirilir ki, bunun üçün işçi götürsəydilər böyük xərclər çıxardı. Ona görə də bunu pulsuz etdilər ki, istədikləri iş həcmini təmin etsinlər. İkinci məqsəd isə geri dönməz bir asılıq yaratmaqdır. İddiaya əsasən, 5 il sonra nə e-mail yaza biləcəyik, nə də kod. Hər şey süni intellektdən asılı olacaq. Bu fikirlər həm də onunla əsaslandırılır ki, dünən həqiqəti bilmək üçün 10 saat apardığımız araşdırmanı bu günü sadəcə süni intellektin cavabı əvəz edir.
Maraqlıdır, hər şey süni intellektdən asılı olacaq?
Mövzu ilə bağlı Ölkə.az-a danışan informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev bildirib ki, süni intellekt modelləri insan rəyləri və düzəlişləri ilə öyrədilir (reinforcement learning from human feedback – RLHF):
"Bu, milyardlarla parametr və milyardlarla verilən nümunə deməkdir. Əgər bütün bunlar “ənənəvi işçi” ilə edilsəydi, xərclər həqiqətən də fantastik olardı. Ona görə texnologiyanı pulsuz təqdim etməklə məlumat toplamaq və modeli davamlı təkmilləşdirmək üçün böyük istifadəçi bazası əldə edilir. İnsanların gündəlik həyatında modelə asılılıq artırılır, bu da uzunmüddətli strateji üstünlükdür”.
Mütəxəssisin sözlərinə görə, süni intellekt də analoji təsir göstərə bilər: “Sadə və rutin qərarlar üçün insanları “tənbəl” edə bilər. Amma düzgün istifadə olunduqda, düşüncə və analiz qabiliyyətini daha dərin və strateji səviyyədə inkişaf etdirmək imkanı verir.
5 il sonra hər şeyi süni intellektin etməsi ehtimalı yoxdur. İnsanlar hələ də hədəf müəyyənləşdirməli, kritik qərarlar verməli, etik və sosial konteksti qiymətləndirməlidir.
Süni intellekt insanı əvəz etmir, onu tamamlayır. Məsələn, e-mail, kod yazmaq, məlumat toplamaq AI-ni sürətləndirir, amma ideya və strategiya hələ də insana məxsus qalır. Əgər biz aktiv öyrənməyə və məntiqi təhlil etməyə davam etsək, süni intellekt bacarıqlarımızı zəiflətməz, əksinə, genişləndirə bilər".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Yanvar 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















