Icma.az
close
up
RU
Süni intellektlə bağlı XƏBƏRDARLIQ İnsanlarla əvəzlənməsi, işsizlik problemi...

Süni intellektlə bağlı XƏBƏRDARLIQ İnsanlarla əvəzlənməsi, işsizlik problemi...

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Süni intellekt kənd təsərrüfatı sektorunda səmərəliliyin artırılması, enerji sektorunda resurs istifadəsinin optimallaşdırılması və nəqliyyat sektorunda avtomatlaşdırmanın təkmilləşdirilməsi kimi müxtəlif texnoloji tətbiqlərə də imkan verir".

Bunu Milli.Az-a açıqlamasında ekspert Fərid Əliyev deyib.

Onun sözlərinə görə, iş yerlərində prosesləri avtomatlaşdırmaqla səmərəliliy artacaq və insanların diqqətini daha strateji vəzifələrə yönəltməyə imkanı yarana bilər:

"Günümüzdə texnologiyanın sürətli inkişafı ilə süni intellekt texnologiyaları həyatımızda mühüm yer tutmaqdadır. Artıq bu texnologiya bir çox sektorlarda istifadə edilərək insan həyatını asanlaşdırmaq və yeni texnologiyaların inkişafına töhfə vermək potensialına malikdir. İş yerlərində prosesləri avtomatlaşdırmaqla səmərəliliyi artırır və insanların diqqətini daha strateji vəzifələrə yönəltməyə imkan verir. Məsələn, müştəri xidməti yönümlü iş yerlərində süni intellekt müştərilərə avtomatlaşdırılmış cavablarla sürətli və effektiv dəstək verir. Eyni zamanda, süni intellekt kənd təsərrüfatı sektorunda səmərəliliyin artırılması, enerji sektorunda resurs istifadəsinin optimallaşdırılması və nəqliyyat sektorunda avtomatlaşdırmanın təkmilləşdirilməsi kimi müxtəlif texnoloji tətbiqlərə də imkan verir. Süni intellektin səhiyyə sektoruna da böyük təsirləri mövcuddur. Tibbi xidmətlərin təhlilində diaqnostika prosesini sürətləndirir və dəqiqliyi artırır. Digər mühüm istifadə sahəsi isə müdafiə sənayesidir. Müdafiə sənayesində süni intellekt qərar qəbuletmə və avtonom sistemlər üçün əsas komponent kimi istifadə olunur".

F.Əliyev süni intellektin mənfi təsirlərinin öhdəsindən gəlmək üçün daha diqqətli idarə etməli olduğumuzu vurğulayır.

"Süni intellekt təhsil, maliyyə, marketinq, hüquq və elektron ticarət kimi bir çox sektorda da istifadə olunaraq, iş proseslərinin optimallaşdırılmasına və innovativ həllərin inkişafına töhfə verir. Məsələn, maliyyə sektorunda istifadə edilən süni intellekt texnologiyaları fırıldaqçılığın aşkarlanması, risklərin və portfelin idarə edilməsi kimi sahələrdə böyük faydalar göstərir. Süni intellektin texnoloji inkişaflara təsiri təkcə iş dünyası ilə məhdudlaşmır. Gündəlik həyatımızı asanlaşdırmaq üçün bu  texnologiyalar ilə qarşılıqlı əlaqədə olduğumuz bir çox alət və cihazlar da mövcuddur.

Demək olar ki, süni intellekt bu gün hər sektorda istifadə olunur və onun təsirləri getdikcə artır. Süni intellekt bir çox üstünlüklərə malik olsa da, şübhəsiz ki, bununla bağlı bəzi narahatlıqlar və risklər də mövcuddur. Özlüyündə kiberhücumlar və məlumat oğurluğu kimi problemlərə səbəb ola bilər. Bundan əlavə, iş yerlərinin avtomatlaşdırılması və insanlarla əvəzlənməsi kimi vəziyyətlər işsizlik problemini də artıra bilər. Süni intellektin mənfi təsirlərinin öhdəsindən gəlmək və riskləri minimuma endirmək üçün onu diqqətlə idarə etmək lazımdır", - deyə ekspert qeyd edib.

Xəyal Abdullayev
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Dekabr 2024 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri