Icma.az
close
up
RU
Süni intellektlə becərilən torpaq parlaq gələcəyin təcəssümü

Süni intellektlə becərilən torpaq parlaq gələcəyin təcəssümü

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” Sərgisinin açılış mərasimində bildirib ki, son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib, dövlət dəstək mexanizmləri gücləndirilib, fermerlərin texnologiya və maliyyə resurslarına çıxışı asanlaşdırılıb. Eyni zamanda, respublikamızda fermerlərin müasir kənd təsərrüfatı texnikası, dəqiq əkinçilik sistemləri, rəqəmsal idarəetmə vasitələri və ekoloji təmiz istehsal texnologiyaları ilə tanış olmaları üçün imkanlar yaradılıb.
Nazir müavini, həmçinin vurğulayıb ki, bu il sərgidə süni intellektin tətbiqinə əsaslanan yeni həllər, “ağıllı” idarəetmə sisteminə əsaslanan avtomatlaşdırılmış texnologiyalar, enerji və resursqoruyucu texnologiyalar, alternativ enerji mənbələrindən istifadə edən avadanlıqlar, iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatı məhsulları, habelə dayanıqlı təsərrüfatçılıq həlləri xüsusi vurğulanır. Bundan başqa iqlim dəyişiklərinin təsirlərini azaltmaq, torpaq və su ehtiyatlarından səmərəli istifadəni genişləndirmək və kənd təsərrüfatını daha ekoloji və səmərəli hala gətirmək üçün innovativ yanaşmaların da tətbiqi diqqətdə saxlanılır.

E.Zeynalovun sözlərinə görə, bu gün ölkədə daha çox rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformalarının genişləndirilməsi, aqrar sahədə çalışan sahibkarlar üçün maliyyə və sığorta alətlərinin əlçatanlığının artırılması da qarşıya mühüm vəzifələr kimi qoyulur. Eyni zamanda, respublikamızda yeni bitki sortlarının və heyvandarlıqda məhsuldar cinslərin tətbiqi, müasir texnologiyalar əsasında təsərrüfat modellərinin formalaşdırılması və istehsal proseslərinin avtomatlaşdırılması aqrar sektorun inkişafına müsbət təsir göstərəcək amillər hesab edilir.

Bildirilib ki, kənd təsərrüfatı respublikamızın iqtisadiyyatında mühüm yer tutan, sosial sabitliyin və ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsində əsas rol oynayan sektorlardan biridir. Ölkədə hazırda bu sahənin inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilir, rəqəmsallaşma, subsidiya siyasəti, texnoloji yeniliklərin tətbiqi və beynəlxalq əməkdaşlıq genişləndirilir. Bununla yanaşı, bu sahədə hələ də bir sıra ciddi problemlər həllini gözləyir.

2015-ci ildən sonra kənd təsərrüfatı sahəsində struktur islahatları sürətlənib. Prezident İlham Əliyevin tapşırığı ilə aqrar sahənin dayanıqlı inkişafını təmin etmək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Aqrar Sığorta Fondu yaradılıb. Bu qurumlar tərəfindən fermerlərin texniki, maliyyə və informasiya təminatı gücləndirilib.

2019-cu ildən etibarən kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması sistemi tamamilə dəyişdirilib. Artıq subsidiyanın yalnız əkin sahəsinə görə deyil, məhsuldarlıq, texniki təminat və innovativ yanaşmalar əsasında fərqləndirilərək verilməsinə başlanılıb. Bununla da fermerlər daha məhsuldar və səmərəli fəaliyyətə təşviq edilib.

2020-ci ildən etibarən istifadəyə verilən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə fermerlər subsidiyalar, gübrələr, texnika və digər xidmətlərə elektron formada müraciət edə bilirlər. Bu sistem şəffaflığın artırılması, vaxt itkisinə yol verilməməsi və korrupsiya hallarının qarşısının alınmasında mühüm rol oynayır.

Son illərdə aqrar sahədə pilotsuz uçuş aparatlarının – aqrodronların tətbiqi də genişlənib. Təkcə bu fakt deməyə əsas verir ki, rəqəmsal kənd təsərrüfatının yeni mərhələsi başlanıb. Xüsusilə süni intellektə əsaslanan texnologiyalarla pestisidlərin və gübrələrin dəqiq və səmərəli tətbiqi nəticəsində məhsuldarlıq yüksəlib, bunun nəticəsində təbii ki, xaricə məhsul satışı da çoxalıb.

Ekspertlər bildirirlər ki, ənənəvi kənd təsərrüfatı bir vaxtlar təcrübə və hava şəraitinin diktəsi ilə inkişaf etdirilirdisə, bu gün məlumat analitikası, sensor texnologiyaları və süni intellektlə idarə olunan sistemlər aqrar sektorda tamamilə yeni mərhələ yaradır. Azərbaycanda son illər sürətlənən “Smart agro” yanaşması da fermerin əli ilə deyil, ağlı ilə torpağa toxunmaqdır. Bu texnoloji dəyişiklik, eyni zamanda, təkcə məhsuldarlığın artımı deyil, həm də resursların daha qənaətli istifadəsi, ekosistem balansının qorunması, kənddə həyatın cəlbedici olması deməkdir.

Bu gün süni intellekt aqrar sektorun “beyin mərkəzinə” çevrilir. “Ağıllı” suvarma sistemlərinin torpağın rütubət səviyyəsini müəyyənləşdirərək təhlil etməsi, yalnız lazım gəldiyi anda suyun istifadəsinə şərait yaratması, dronlarla çəkilən multispektral görüntülərin torpaq eroziyası və xəstəliklərin ilkin mərhələdə aşkarlanmasını gerçəkləşdirməsi, hətta bəzi texnologiyaların bitkinin fotosintez prosesini izləyərək “stress əlamətləri”ni əvvəlcədən xəbər verməsi də süni intellektin aqrar sektorun “beyin mərkəzinə” çevrilməsindən xəbər verir. Məsələn, bu sistemlər fermerin qərarlarını dəstəkləyir – nəyi, harada və nə zaman əkmək daha məqsədə uyğundur sualı artıq intuitiv yox, məlumat əsaslı cavablandırılır.

Yeri gəlmişkən, 2025-ci ildən etibarən Kənd Təsərrüfatı Nazirliyi süni intellektin tətbiqini aqroparklar və iri təsərrüfatlarda sistemli şəkildə genişləndirir. “e-Agro” portalı, “AgroDrive” mobil tətbiqi, pilotsuz texnikalar artıq ölkə üzrə 200-dən çox təsərrüfatda tətbiq olunur. Zəngilan və Ağdamda yaradılan “ağıllı” kənd layihələrində bu texnologiyalar torpaqla insan arasında yeni etimad körpüsünə çevrilir. Eyni zamanda, Azərbaycan universitetlərində aqrar informatika və aqro-alqoritmik mühəndislik kimi ixtisasların açılması gələcəyin kadr bazasını formalaşdırır.

Qlobal istiləşmə, su ehtiyatlarının azalması və ekstremal hava hadisələri kənd təsərrüfatını ən həssas sektora çevirib. Süni intellekt bu baxımdan “öncəgörmə gücü” olan bir alət kimi diqqət çəkib. Məsələn, beynəlxalq aqroplatformalarda istifadə olunan modellər iqlim dəyişikliklərinin lokal əkinlərə necə təsir edəcəyini əvvəlcədən simulyasiya etməyə imkan verib.

Burada məsələ yalnız texnologiyada deyil, həm də düşüncə tərzində dəyişiklikdədir. Süni intellektli kənd təsərrüfatı fermerin alternativini yaratmır, əksinə, onun müttəfiqinə çevrilir. Bu yanaşma kənd gəncliyinin diqqətini geri qaytarır. Artıq texnologiyaya maraqlı gənclər üçün kənd həyatında da perspektiv var. Ümumiyyətlə, kənd və şəhər, insan və texnika, torpaq və informasiya arasında yeni harmoniya yaranır. Bu harmoniyanı qorumaq isə həm strateji, həm də mədəni vəzifəyə çevrilir.

Beləliklə, “AgroDrive”, “e-Agro” və “Smart Agro” layihələri sayəsində hər bir fermer torpaq təhlilindən məhsul satışına qədər bütün prosesləri izləyə bilir. Rəqəmsal xəritələr, süni intellektlə işləyən dronlar, smart suvarma sistemləri artıq Azərbaycanda da tətbiq olunur. Sumqayıt Kimya Sənaye Parkında “sənaye 4.0” texnologiyalarının tətbiqi istehsal proseslərini rəqəmsallaşdıraraq məhsuldarlığı artırır.

İşğaldan azad edilmiş ərazilərdə “ağıllı” kənd və “ağıllı” şəhər konsepsiyaları – Zəngilanın Ağalı kəndindən Füzuliyə qədər – rəqəmsal iqtisadiyyatın real təzahürləridir. Elektron idarəetmə, alternativ enerji, rəqəmsal nəqliyyat sistemləri burada sinxron şəkildə qurulur. Bu bölgələr “rəqəmsal inkişafın yaşıl nümunəsi” kimi təqdim edilir və gələcəkdə beynəlxalq sərgilərdə model olaraq çıxış edə bilər.

Azərbaycanın innovasiya yolu artıq dönüşü olmayan strateji xəttdir. Bu yol iqtisadiyyatın rəqəmsallaşması ilə həm yeni iş yerləri açır, həm də idarəetmədə şəffaflıq və çeviklik reallaşdırır. Gələcəyin iqtisadiyyatı kağız üzərində deyil, kodların arxasında yazılır. Bu kodları doğru oxuyan, innovasiyaya açıq olan bir dövlət kimi Azərbaycan artıq regional model statusunu qazanmaqdadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:384
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri