Icma.az
close
up
RU
Süni intellektlə hazırlanan yersiz videoların qarşısını necə almaq olar? KULTUROLOQ AÇIQLADI

Süni intellektlə hazırlanan yersiz videoların qarşısını necə almaq olar? KULTUROLOQ AÇIQLADI

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Təəssüf doğuracaq bir haldır ki, son dövrlərdə internetin, yeni medianın, informasiya texnologiyalarının, o cümlədən süni intellektin və bu sahə ilə bağlı tətbiq, proqram və alətlərin, qlobal texnologiya şirkətlərinin təqdim etdiyi innovativ imkanların Azərbaycanda istifadəsi getdikcə mənfi məcraya yönəlir. Bu texnologiyalar dünyada müsbət məqsədlərlə – iqtisadi, sosial və mədəni inkişafın təmin olunması, yeni iş imkanlarının yaradılması, təhsilin və səhiyyənin əlçatanlığının artırılması istiqamətində geniş istifadə olunduğu halda, bizdə bu imkanlar çox vaxt düzgün istiqamətdə istifadə edilmir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydınxan Əbilov deyib.

Onun sözlərinə görə, hazırda dünyanın inkişaf etmiş ölkələrində süni intellektin tətbiqi ilə virtual biznes mühitləri formalaşdırılır, virtual reallıqlar zənginləşdirilir, hətta bəzi dövlətlər artıq virtual səfirliklər quraraq beynəlxalq münasibətlərə yeni nəfəs gətirirlər: "Eyni zamanda, elektron ticarət (e-ticarət), məsafədən təhsil (e-təhsil), ekoloji problemlərin həlli, mədəni irsin qorunması, yeni peşələrin formalaşdırılması və bir çox digər sahələrdə bu texnologiyaların verdiyi imkanlardan geniş şəkildə istifadə edilir. Lakin Azərbaycanda bu potensial, təəssüf ki, lazımi səviyyədə qiymətləndirilib dəyərləndirilmir. Məlum texnologiyalar çox vaxt mənasız, səviyyəsiz və əxlaqsız məqsədlər üçün istifadə olunur. Bəzi şəxslər – özü də bəzən cəmiyyətin hörmət bəslədiyi yaşlı təbəqənin nümayəndələri – süni intellekt kimi gələcəyimizin əsas açar texnologiyalarından birinə qarşı təhqiramiz və tərbiyəsiz ifadələrlə çıxış edərək onun imicinə xələl yetirirlər. Belə davranışlar təkcə etik yox, həm də hüquqi baxımdan məsuliyyət doğurmalıdır. Mən hesab edirəm ki, bu kimi şəxslər artıq hüquqi müstəvidə cavab verməlidirlər. Çünki süni intellekt təkcə texnoloji yenilik deyil, həm də Azərbaycanın intellektual və mədəni sərvətidir. Biz bu sərvəti qoruyub inkişaf etdirmək əvəzinə onu aşağılamağa, dəyərsizləşdirməyə, hətta "virtual zibilliyə" çevirməyə doğru gedirik.

Ən böyük problemlərdən biri isə Azərbaycanda ciddi virtual kitabxana resurslarının, bilik platformalarının, milli kontent bazalarının olmamasıdır. Bunun əsas səbəblərindən biri də odur ki, ölkədə internet istifadəçilərinin böyük bir hissəsi daha çox mənasız və səviyyəsiz kontent istehsalına yönəlib. Gəncləri əxlaqdan, mənəviyyatdan uzaqlaşdıran, ciddiyyətdən uzaq, boş gülüşlər, mənasız zarafatlar və sarkazmla dolu memlər artıq gündəlik həyatın və informasiya axınının əsas hissəsinə çevrilib. Bu hal milli-mənəvi dəyərlərimizə, gənc nəslin tərbiyəsinə və cəmiyyətin gələcəyinə ciddi təhlükə yaradır.

Daha ağrılı məqam isə budur ki, bəzi hallarda süni intellekt vasitəsilə şəhidlərimizin xatirəsi, qazilərimizin qəhrəmanlığı, bayrağımız, tariximiz və mədəniyyətimiz məsxərəyə qoyulur, alçaldılır. Bu artıq fərdi məsuliyyət çərçivəsini aşaraq cəmiyyətin ümumi təhlükəsizliyi və mənəvi dəyərləri üçün ciddi siqnal xarakteri daşıyır. Belə şəxslər, mənə görə, cəmiyyət üçün təhlükə yaradan narkotik satanlar, ictimai təhlükəli cinayətlər törədənlər qədər cəzalandırılmalıdır. Hüquq-mühafizə orqanları və eyni zamanda yeni yaradılacaq, internet məkanında mənəvi dəyərləri qorumağa yönəlmiş "Virtual Mənəvi Komissiya" bu sahədə monitorinq aparmalı, pozuculara qarşı hüquqi və maarifləndirici tədbirlər görməlidir".

Sonda xüsusi olaraq vurğulamaq istərdim ki, əgər biz bu prosesə ciddi müdaxilə etməsək, milli-mənəvi dəyərlərimizlə yanaşı virtual məkanımız da zərər görəcək. Unutmayaq ki, internet artıq təkcə informasiya aləti deyil, həm də Azərbaycan üçün dünyaya açılan qapıdır. Və əgər biz bu qapıdan səviyyəsiz və mənasız şəkildə çıxış edəcəyiksə, həm özümüzü, həm də dövlətimizi beynəlxalq ictimaiyyət qarşısında biabır etmiş olacağıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 İyun 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri