Asfalt örtük döşəndi, amma...
Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xeyli vaxt idi ki, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin Mürsəl Kazımlı küçəsindəki yolda əsaslı təmir işləri görülürdü.Hələ təmir zamanı işlər bir qədər gecikirdi, bu da sürücülərin və sakinlərin haqlı narazılıqlarına səbəb olurdu.
Nəhayət ki, bir həftə müddətində orda təmir-tikinti işləri başa çatdırıldı və yola asfalt örtük döşəndi! İndi yol ela vəziyyətdədir! Elə dilində demiş olsaq, " şüşə" kimidir! Bu işlərdən həm sürücülər, həm də sakinlər razılıq edirlər! Amma... Çox təəssüf ki, yol əsaslı təmirdən sonra Bakı Şəhər Siqnal İdarəsi tərəfindən xətlənməyib!
Başqa sözlə demiş olsaq, hərəkətin təhlükəsizliyi üçün piyada zolaqları çəkilməyib. Bu da piyadaların həyatı üçün böyük təhlükədir! Bunu aidiyyəti qurum bilməmiş deyil! Üstəlik də, yol xətlənmədiyinə görə sürücülər nəqliyyat vasitələrini yüksək sürətlə idarə edir, qarşı tərəfin yoluna çıxaraq tez - tez qəza vəziyyəti yaradırlar! Belə qanun pozuntusuna isə Suraxanı Rayonu Polis İdarəsinin
Dövlət Yol Polisi Şöbəsinin həmin yerdə xidmət aparan əməkdaşları göz yumurlar! Hər halda, göstərdiyimiz nöqsanlar tez bir vaxtda aradan qaldırılmalıdır ki, hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaranmasın!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 05 Oktyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















