Gəncə stadionuna süni örtük salınacaq
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
Gəncə şəhər stadionunun sentyabrın əvvəlində təhvil veriləcəyi gözlənilir. Sport24.az-ın əldə etdiyi məlumata görə, buna baxmayaraq "Kəpəz" Misli Premyer Liqasının oyunlarını qəbul etmək üçün daha çox gözləməli olacaq.
Ölkəmizdə təşkil olunacaq MDB oyunları bitən kimi stadion yenidən təmirə bağlanacaq. Yarışlar ərəfəsində arenanın ot örtüyü süni olacaq. Bitdikdən sonra isə bunun təbii ilə əvəzlənməsi planlaşdırılır.
Əldə etdiyimiz məlumata əsasən, "sarı-göylər" burada ilk matçını 2026-cı ildə, yəni, mövsümün ikinci yarısında keçirə biləcək.
Qeyd edək ki, Misli Premyer Liqasında 2025/2026 mövsümü avqustun 15-də başlayacaq. "Kəpəz"in ilk ev oyunları Qəbələdə gerçəkləşəcək.
Bu mövzuda digər xəbərlər:Tovuz stadionuna yaşıl örtük salınır
14 Yanvar 2026 12:09
Yola asfalt örtük döşənir...
22 Sentyabr 2026 13:53
Asfalt örtük döşəndi, amma...
05 Oktyabr 2026 11:12
Gəncə stadionuna ot örtüyü salınır Video
10 Aprel 2026 13:57
Gəncə şəhər stadionuna mediatur təşkil edilib FOTO
21 Avqust 2025 09:50
Baxış sayı:109
Bu xəbər 12 Avqust 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















