Icma.az
close
up
RU
Süni qida ananın südünü necə azaldır?

Süni qida ananın südünü necə azaldır?

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Analar habelə tibb işçilərinin əksəriyyəti düşünürlər ki, körpəyə bir və ya bir neçə dəfə süni qida verməklə heç bir problem yaranmır və mənfi təsir olmur.

Halbuki, həqiqətdə süni qidanın hətta bir dəfə belə verilməsi körpənin sağlamlığına və əmizdirmə prosesinə ciddi ziyan vura bilər.

Beynəlxalq miqyaslı laktasiya məsləhətçisi Marsha Walker müxtəlif elmi araşdırmalara əsaslanaraq bildirir ki, ana südü və süni qida ilə qidalanan körpələrin mədə-bağırsaq sisteminləri arasında bir sıra fərqlər mövcuddur. Ana südü ilə qidalanan körpələrin ilk 6 həftədə mədə pH-ları daha aşağıdır. Yalnız ana südü ilə qidalananlarda təxminən 5.1-5.4 olduğu halda süni qidalanan körpələrdə bu rəqəm 5.9-7.3-dur.

Aşağı pH səviyyəsinin səbəbilə mədə-bağırsaq ana südü ilə qidalanan körpələrdə həzm üçün mühüm və faydalı olan bifidobakteriyalarla zəngindir. Bu cür sağlam mühit isə öz növbəsində xəstəlik törədən müxtəlif mikrobların qarşısını almağa qadirdir. Körpəyə ilk 7 gün ərzində süni qida verilərsə, onun mədə-bağırsaq florası və mühiti dəyişilərək süni qida ilə qidalanan körpəninki ilə eyniləşir.

Bütün bunlarlardan əlavə olaraq hətta bir dəfə əmzikli şüşədə süni qida verilən körpələr əksər hallarda ananın döşündən imtina edirlər. Körpələr ananın döşündən südü əmib çıxartmağın əmzikli şüşə ilə müqayisədə daha çətin olduğunu duyub kürlük edirlər. Daha asan və rahat yolu - əmzikli şüşəni tələb edirlər. Təəssüflər olsun ki, bu cür döşdə kürlüyü anaların çox hissəsi südlərinin az olması kimi qəbul edirlər. Bu isə öz növbəsində anaların mənfi fikirlərə qapılmasına və ruh düşkünlüyünə səbəb olur. Beləliklə əmizdirmə prosesi qüsurlu dövriyyəyə qapanır. Sözsüz ki, bütün körpələr eyni deyil və istisna halları mövcuddur.

Yeni analara və ana olmağa hazırlaşan qadınlara süni qidanın əmizdirmə prosesinə yaratdığı təhlükəni daha ciddi qəbul etməyi tövsiyyə edirik.

Səltənət Zülfüqarova

Vib.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri