Süni tənəffüs aparatına qoşulan aktyorun son durumu Qızı danışdı
Icma.az, Bakupost saytına istinadən bildirir.
"Atam süni tənəffüs aparatına qoşulub. Hələ ki, səhhətində irəliləyiş yoxdur".
Bakupost.az xəbər verir ki, bu sözləri teleqraf-a Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin qızı Leyla Rəhimli atasının səhhəti haqqında danışarkən deyib.
"Həkimlər deyirlər ki, atamın səhhəti nə yaxşıdır, nə də pis. Gün ərzində beş dəqiqə atamı görməyə icazə verilir. O zaman isə bəzən bizə reaksiya verir, bəzən isə gözlərini açmır",- deyə L.Rəhimli açıqlayıb.
Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.
Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















