Super Liqa klubunda baş məşqçi ayrılığı
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Türkiyənin “Eyüpspor” klubunda baş məşqçi Səlçuk Şahin ilə yollar ayrılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Eyüpspor” çempionatda 8 turdan sonra 5 xalla 16-cıdır.

