Super Liqa: Qalatasaray çempionluğunu rəsmiləşdirdi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, matçların hamısı eyni vaxtda oynanılıb.
“Antalyaspor” üzərində əzmkar qələbə qazanan “Qalatasaray” sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib. Okan Burukun komandası ardıcıl dördüncü dəfə qızıl medallara yiyələnib. Ümumilikdə isə bu, İstanbul klubunun tarixində 26-cı çempionluqdur.
Səfərdə “Konyaspor”un qonağı olan “Fənərbağça” 3 xalı 3 qolla qazanıb. Bununla da, İstanbul klubu ikinci yeri təmin edib.
Bürünc medallar isə səfərdə “Beşiktaş”a qalib gələn “Trabzonspor”a qismət olub.
“Kayserispor” və “Karagümrük” isə son turun nəticələrindən asılı olmayaraq, Super Liqa ilə vidalaşıblar.
Türkiyə Super Liqası
33-cü tur
9 may
“Alanyaspor” – “Kayserispor” – 3:1
“Başakşəhər” – “Samsunspor” – 3:0
“Beşiktaş” – “Trabzonspor” – 1:2
“Eyüpspor” – “Rizəspor” – 4:0
“Qalatasaray” – “Antalyaspor” – 4:2
“Gənclərbirliyi” – “Kasımpaşa” – 3:2
“Göztəpə” – “Qaziantep” – 2:1
“Kocaelispor” – “Karagümrük” – 0:1
“Konyaspor” – “Fənərbağça” – 0:3
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:217
Bu xəbər 10 May 2026 01:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















