Icma.az
close
up
RU
Suraxanıda ağaclar kəsilib yerində obyekt tikilir VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Suraxanıda ağaclar kəsilib yerində obyekt tikilir VİDEO AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suraxanı rayonunda ağacların kəsilərək yerində obyekt tikilməsinə dair məlumatlar yayılıb. Məsələni araşdıran zaman məlum olub ki, həqiqətən də Yeni Günəşli qəsəbəsində bir neçə ağac kəsilərək yerində obyektlər tikilir.

COP29 kimi dünya miqyasında mötəbər iqlim tədbirlərinə ev sahibliyi edən Azərbaycanda kiminsə biznes maraqlarına görə ağacların kəsilməsi təəssüf doğurur. Bu illərdir ölkəmizdə aparılan yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və ekoloji təmiz şəhər siyasətinə zidd addımlardır. Bu hadisə Bakıətrafı hansısa yeni tikilən məhəllədə baş versəydi, düşünmək olardı ki, gözdən yayınıb, amma ağacların kəsilərək yerində obyekt tikilməsi Ramiz Cəfərov küçəsində, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin yaxınlığında, yerli icra strukturlarının gözü önündə baş verib. Belə ki, ikinci Qarabağ müharibəsi qazisi olduğunu deyən Elvin Zeynalov ərazidəki ağacları kəsdirərək yerinə dəmir konstruksiyalar ilə quraşdırılmış kiosk yerləşdirib. 

Həmin ərazi SOCAR-ın Azneft İstehsalat Birliyinin balansında olduğundan neft sənayesi obyektlərinin təhlükəsizliyini təmin edən “Security Operation Services” özəl mühafizə şirkətinin əməkdaşları torpaq sahəsinin özbaşına zəbt edilərək üzərində qanunsuz obyekt tikilməsinə icazə verməyib.

Əməlinin qanuna zidd olması barədə Elvin Zeynalova mühafizəçilər tərəfindən dəfələrlə xəbərdarlıq olunub, lakin o ətrafına topladığı bir neçə müharibə veteranı ilə birlikdə tikintinin dayandırılmasını tələb edən mühafizəçilərə hücum çəkib. Elvin Zeynalov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, “Qarabağ qazisi” olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib. Torpaq zəbti barədə Daxili İşlər Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Lakin əraziyə gələn icra hakimiyyətinin əməkdaşları nədənsə qanunsuz torpaq zəbtinə laqeyd münasibət sərgiləyib, hətta obyekt tikintisinə göz yummadıqları üçün mühafizəçilərlə münaqişəyə belə giriblər.

İcazəsiz daşı daş üstünə qoymağın mümkün olmadığını bildiyimiz üçün icra hakimiyyətinin işçilərinin qanunsuz tikintiyə olan “isti” münasibəti bizdə bu özbaşına tikilinin hansı dairələrdə “bişməsinə” dair müəyyən təsəvvürlər yaradır.

İnternetdə kiçik araşdırma etməklə Elvin Zeynalovun bundan öncə də bir neçə dəfə qanunsuz torpaq zəbti həyata keçirdiyini öyrəndik.

https://report.az/hadise/qazi-adindan-istifade-ede... Belə ki, o 2021-ci ildə Sabunçu rayonu ərazisində neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edərək üzərində qanunsuz tikinti işləri həyata keçirib. “Evim yoxdu, illərdir kirayələrdə sürünürəm” deyən Elvin Zeynalovun inşaat işləri sona yaxınlaşdıqca tikilinin ev yox, obyekt olduğu məlum olub. Bir neçə müddət sonra isə Elvinin həmin obyekti məşhur mağazalar şəbəkəsinə icarəyə verdiyinə dair videolar paylaşılıb.

https://www.facebook.com/reel/610062608172745

Elvin Zeynalov bütün müharibə əlilləri kimi dövlətin tam sosial qayğısı ilə əhatə olunub, hətta əldə etdiyimiz məlumata görə, ona mənzil də verilib. Bununla belə “Qarabağ qazisi” adından istifadə edib qanunsuz işlərinə göz yumulmasını tələb edən Elvinin əməlləri təəssüf doğurur. Və bütün bunlardan sonra insanda sual yaranır, Elvin Zeynalov neçə obyekt sahibi olmalıdır ki, neft sənayesinə aid torpaqları zəbt etməkdən gözü doysun, qanunsuz əməllərindən əl çəksin?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Yanvar 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri