Sürət, səs küy, təhlükəli manevrlər… Motosikletçilər polis nəzarətindədir
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxt ərazisində keçirilən son tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan və təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub. Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və qayda pozuntularının digər hərəkət iştirakçıları üçün yaratdığı təhlükələr diqqətə çatdırılıb.
İnsanların istirahətini pozan, neqativ hallara yol verən moped və motosiklet sürücülərinə qarşı tədbirlərin vətəndaş məmnunluğunu təmin etmək məqsədilə mütəmadi olaraq davam edəcəyi bildirilib.
Polis yol hərəkəti iştirakçılarını qaydalara riayət etməyə və diqqətli olmağa çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Avqust 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















