“Gənclərimiz bilsinlər ki, yüksək sürət, təhlükəli manevrlər heç kimə xeyir gətirməyib”
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Göygöldə saatda 220 kilometr sürətlə hərəkətdə olan avtomobillə qəza düşən dörd dostun ikisi dünyasını dəyişdi, ikisi isə ağır yaralanıb. Hadisəni mobil telefonla videoya çəkən gənclər məhz yüksək sürətə görə canlarından olublar.
Məsələylə bağlı Adalet.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı gənclərimizin yüksək sürət həvəsinin həyatları üçün təhlükəli olduğunu bildirib:
“Bu çox təhlükəli bir oyundur və bu əməllərdən ancaq və ancaq uzaq durmaq lazımdır. Yüksək sürət, təhlükəli manevrlər heç kimə xeyir gətirməyib və bundan sonra da kiməsə xeyir gətirəcəyini düşünmürəm. Gənclər daha faydalı, daha ağıllı işlərlə məşğul olsalar daha yaxşı olar. Bu məsələlərlə bağlı Dövlət Yol Polisi tərəfindən müraciətlər, xəbərdarlıqlar olunub. Valideynləri də məsuliyyətli olmağa çağırıram ki, uşaqlarını maşınlardan uzaq tutsunlar. Çünki nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir və bunlarla hər hansısa bir zarafat ağır faciə ilə nəticələnir. Biz artıq bir neçə dəfə belə ağır faciələrin şahidi olmuşuq və çox ciddi sarsıntı keçiririk. Düşünürəm ki, bu istiqamətdə təbliğat işlərini daha da gücləndirmək lazımdır və valideynlərin bir az da məsuliyyətli olması üçün çağırışları, müraciətləri intensiv şəkildə KİV, TV və radiolarla çoxaltmaq lazımdır”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 05 Noyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















