Icma.az
close
up
RU
Suriya 14 illik vətəndaş müharibəsindən sonra birləşə biləcəkmi?

Suriya 14 illik vətəndaş müharibəsindən sonra birləşə biləcəkmi?

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

14 illik vətəndaş müharibəsindən sonra Suriya 2024-cü ilin dekabrında ölkə prezidenti Bəşər Əsədin devrilməsi ilə yeni bir mərhələyə qədəm qoyub. Lakin münaqişənin uzun illər davam etdiyi bu ölkənin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Missiya.Az Reuters-ə istinadən xəbər verir ki, Əsəddən sonrakı dövrdə Suriya faktiki olaraq Fərat çayı boyunca iki hissəyə bölünüb. Çayın qərb sahilində Suriya prezidenti Əhməd Şəranın rəhbərlik etdiyi Dəməşq hökuməti, şərq sahilində isə ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) yerləşir.

SDQ-nin əsas hissəsini Türkiyənin terror təşkilatı kimi tanıdığı YPG təşkil edir. Qeyd olunur ki, Dəməşq rejimi ABŞ və Türkiyənin dəstəyini arxasına alaraq ölkənin təxminən üçdə ikisinə nəzarət edir, SDQ isə enerji ehtiyatları və mühüm infrastruktur obyektləri daxil olmaqla, qalan əraziləri idarə edir.

Fərat üzərində gərginlik: Tişrin bəndi ətrafında toqquşmalar

Əraziyə nəzarət uğrunda mübarizə xüsusilə Hələb vilayətinin Mənbic şəhərindəki Tişrin bəndi ətrafında şiddətlənib. Burada SDQ ilə Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SNA) arasında döyüşlər baş verib.

Yeni yaradılan 80-ci diviziyanın briqada komandiri Mutasem Abbas bildirib ki, “Əgər SDQ fəaliyyətini dayandırarsa, Suriya yenidən canlana bilər.”

“Torpaqlarımı geri istəyirəm” – Mübahisəli fiqurlar səhnədə

Digər tərəfdən, Dəməşqdə 86-cı diviziyanın rəhbəri təyin edilən Əhməd İhsan Fəyyad əl-Hays (Əbu Hakim Şakra) mübahisəli şəxs olaraq qalır. BMT onun 2019-cu ildə müharibə cinayətləri törətdiyini, ABŞ isə 2021-ci ildə onu sanksiya siyahısına saldığını açıqlayıb.

Əl-Hays: “Şəranın gözü həmişə Dəməşqdə olub. QSD-nin işğal etdiyi torpaqlarımı geri istəyirəm. Bunun üçün ölümünə mübarizə aparacağam.”

QSD-yə bağlı qadın qüvvələrinin (YPJ) komandiri Sözdar Derik isə buna belə reaksiya verib: “Bu şəxslər beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.”

ABŞ təzyiqləri artırır, SDQ ilə Dəməşq arasında saziş gerçəkləşmir

ABŞ Dövlət Departamenti isə Suriya üçün “dinc, firavan və sabit bir gələcək” istədiyini açıqlayıb və bu məqsədlə SDQ ilə Dəməşq hökuməti arasında inteqrasiyaya təzyiq göstərdiyini bildirib.

Martın 10-da Əhməd Şəra və SDQ komandiri Mazlum Abdi arasında SDQ-nin Suriya ordusuna inteqrasiyasını nəzərdə tutan razılaşma imzalansa da, Reuters-in məlumatına görə, sazişin icrasında indiyədək heç bir irəliləyiş əldə olunmayıb.

Yerli əhali narazıdır: “Əvvəl Əsəd, sonra İŞİD, indi də SDQ”

Suriyanın Rakka şəhərində yaşayan və yerli hüquq qruplarını dəstəkləyən Meryem adlı sakin deyir ki, illərdir müxtəlif hakimiyyətlərin təsiri altında yaşayıb: “Əvvəl Əsəd, sonra İŞİD, indi isə kürd hakimiyyəti. SDQ İŞİD bəhanəsi ilə günahsız insanları həbs edir. Ölkə faktiki bölünüb və insanlar parçalanma təhlükəsi ilə üz-üzədir.”

Seyranə Quliyeva
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://missiya.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri