Suriya Demokratik Qüvvələrinin lideri Əhməd əl Şaaranı legitim dövlət başçısı adlandırıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Biz Suriya rəhbərliyi ilə ölkənin vahid hökumət, ordu və bayraq altında birləşdirilməsi məsələsində razılığa gəlmişik”.
APA-nın məlumatına görə, bu açıqlamanı Suriya Demokratik Qüvvələrinin (SDQ) lideri Mazlum Abdi “Al-Hadath” telekanalına müsahibəsində deyib.
O, eyni zamanda ölkənin keçid dövrü Prezidenti Əhməd əl-Şaaranı legitim dövlət başçısı adlandırıb.
Martın 10-da əldə edilən atəşkəs razılaşması barədə də fikirlərini bölüşən M. Abdi bildirib ki, sənədin icrası üçün müəyyən qədər zaman tələb olunur: “Hazırda isə rəsmi Dəməşqə vaxtilə müxtəlif şəhərlərdə fəaliyyət göstərən dövlət qurumlarının işinin bərpası barədə müraciət etmişik. Öz növbəsində, onlar kürd dili və mədəniyyətinin rəsmən tanınması tələbimizi qəbul etməyə hazır olduğunu bildirib. Biz, sadəcə, istəyirik ki, dilimiz kürdlərin kompakt yaşadığı bölgələrdə rəsmi dövlət dili ilə bərabər statusa malik olsun”.
SDQ rəhbəri 100 mindən çox döyüşçünün ordu sıralarına xidmətə başlamasını nəhəng proses kimi dəyərləndirib.
Mazlum Abdi Səudiyyə Ərəbistanının mövcud fikir ayrılıqlarının aradan qaldırılmasında mühüm rol oynaya biləcəyindən də bəhs edib: “Rəsmi Ər-Riyad bu prosesdə yalnız Dəməşqlə danışıqlarda vasitəçi olduğu təqdirdə rol oynaya bilər”.


