Icma.az
close
up
RU
Suriya federallaşır, Ukrayna isə bölünür Razılıq sezilirdi

Suriya federallaşır, Ukrayna isə bölünür Razılıq sezilirdi

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Suriyanın ərazi bütövlüyünü və unitar dövlət modelini qoruyub saxlamaq çətin ki, mümkün olsun. Yaxşı halda Suriya federallaşacaq".

Ölkə.Az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Suriyadakı prosesləri şərh edərkən deyib. 

Deputatın fikrincə, Əsəd rejiminin devrilməsi regionda marağı olan dövlətlərin hamısının mənafelərinə cavab verir. "Onlar arasında öncədən hansısa razılaşmaların əldə olunması da açıq-aydın sezilirdi. Ukraynada ağır müharibə aparan Rusiyanın Suriyada iki hərbi baza saxlaması, onun imkanları xaricində idi. Rusiya indi həm maliyyə vəsaitlərinə qənaət edəcək, həm də Suriyadakı hərbi hissələri Ukraynada müharibəyə cəlb edəcək. İranın da neft gəlirlərinin azalması perspektivində iqtisadi durumu və maliyyə imkanları yol vermir ki, proksi qüvvələr və dövlətlər saxlasın. Xüsusilə də həmin qüvvələrin İsrail tərəfindən darmadağın edilməsindən sonra onlara maliyyə ayırmağın faydası qalmayıb. İran çalışır ki, Qərblə münasibətləri yumşaldıb müharibədən yayınsın və Qərbin ona tətbiq etdiyi sanksiyaları aradan qaldırsın. İsrail də Suriyada rejimin çöküşü, İranın bölgədən uzaqlaşması, öz problemləri ilə məşğul olması ilə xeyli dərəcədə rahat nəfəs alacaq. Qardaş Türkiyə də bölgədə nüfuzunu artırmaqla yanaşı, 3 milyondan artıq suriyalı qaçqını geri qaytaracaq, həm də öz sərhədlərinin təhlükəsizliyini təmin etmiş olacaq. ABŞ isə regionda iştirakını və mövcudluğunu qoruyub saxlamaq üçün, İraqdakı kimi, kürdlərin muxtariyyət almasına çalışacaq. Suriya xalqının hansısa azadlıqlar, əmin-amanlıq və rifah əldə edib-etməməsini isə yaxın zamanlarda biləcəyik", - o qeyd edib.

Ukraynadakı vəziyyəti şərh edən deputat bildirib ki, Tramp güclü liderlərə və böyük dövlətlərə hörmət edir, dünyanı onlarla nüfuz dairələrinə bölməyə hazırdı: "Ona görə o, vəzifələrinin icrasına başlayan kimi Ukraynanı alçaldıcı sülhə, əslində kapitulyasiyaya məcbur edəcək. Putin də, Tramp öz xalqı qarşısında sifətini qoruyub saxlaya bilsin deyə, özünü elə aparacaq ki, guya o da əvvəlki tələblərindən haradasa güzəştə getdi. Böyük ehtimalla Ukrayna Rusiya ilə Qərb arasında bölünəcək. Təəssüf ki, Zelenskinin və Ukrayna xalqının edə biləcəyi çox az şey qalıb".

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Dekabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri