Suriya hakimiyyətinin Rusiya hərbi bazaları ilə bağlı mövqeyi açıqlanıb
Suriyanın yeni hakimiyyət orqanları Rusiya ilə Latakiya əyalətində hərbi bazalara dair razılaşmanı pozmaq istəmir.
Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
“Danışıqlar hərbi əməliyyatların və rejim dəyişikliyinin fors-major hallar və Tartus və Latakiya əyalətlərində obyektlərin uzunmüddətli icarə müqavilələrinə xitam verilməsi üçün əsas hesab edilməməsinin təmin edilməsinə yönəlib. Danışıqlar başa çatana qədər Suriya tərəfi müqaviləni pozmaq niyyətində deyil”, - mənbə bildirib.
Həmsöhbət Moskva ilə Dəməşq arasında müzakirə olunan razılaşmanın təfərrüatlarını da qismən açıqlayıb. Xüsusilə, o, regionda daimi Rusiya kontingentinin sayının müzakirə edildiyini, eləcə də hərbi əməliyyatların səviyyəsi ilə bağlı heç bir halın müqaviləni pozmaq üçün bəhanə olmamasına dair razılaşmanın müzakirə olunduğunu qeyd edib.
Mövsüm
Aznews.az