Icma.az
close
up
RU
Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu

Suriya hökuməti SDQ ilə anlaşmaya nail oldu

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Suriya hökuməti cümə günü kürd qruplaşmalarınə birləşdirən Suriya Demokratik Qüvvələri (SDQ) ilə hərtərəfli razılaşmaya nail olunduğunu elan edib.

Modern.az xəbər verir ki, SANA agentliyinin yaydığı məlumata əsasən, razılaşma atəşkəsin elan olunmasını, eləcə də SDQ-nin mərhələli şəkildə hərbi və inzibati strukturlara inteqrasiyasını nəzərdə tutur.

Hökumətə yaxın mənbə Suriya dövlət televiziyasına bildirib ki, sazişə əsasən, kürd silahlılıları təmas xəttindən geri çəkiləcək, Suriya Daxili İşlər Nazirliyinin təhlükəsizlik qüvvələri isə Həsəkə və Qamışlı şəhərlərinin mərkəzlərinə yerləşdiriləcək.

Mənbənin sözlərinə görə, razılaşma həmçinin SDQ tərkibində üç briqadadan ibarət hərbi birləşmənin, eləcə də Kobani (Ayn əl-Ərəb) qüvvələrindən formalaşdırılan briqadanın Hələb vilayəti ilə əlaqəli hərbi struktur çərçivəsində fəaliyyətini nəzərdə tutur. Bildirilib ki, SDQ-nin hərbi və təhlükəsizlik qüvvələrinin inteqrasiyası briqadalar daxilində fərdi əsasda həyata keçiriləcək.

Eyni zamanda dövlət ölkə ərazisindəki bütün mülki və hökumət qurumları, eləcə də sərhəd-keçid məntəqələri və giriş nöqtələri üzərində tam nəzarəti öz üzərinə götürəcək və ölkənin heç bir hissəsinin mərkəzi hakimiyyətdən kənarda qalmamasına təminat verəcək.

Razılaşma çərçivəsində muxtar inzibati strukturların dövlət institutlarına inteqrasiyası, mülki qulluqçuların isə öz vəzifələrində saxlanılması nəzərdə tutulur. Saziş eyni zamanda kürd icmasının vətəndaş hüquqlarının və təhsil hüquqlarının təmin edilməsini, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına şərait yaradılmasını ehtiva edir.

Mənbə vurğulayıb ki, bu razılaşmanın əsas məqsədi “Suriya ərazisinin birliyini təmin etmək, qanunun aliliyini möhkəmləndirmək və müvafiq tərəflər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkənin bərpası istiqamətində əlaqələndirilmiş səylər vasitəsilə regionda tam inteqrasiyaya nail olmaqdır”.

Qeyd edək ki, yanvarın 20-də Suriya Müdafiə Nazirliyi SDQ ilə əldə olunan razılaşma əsasında dörd günlük atəşkəs elan etmiş, bu atəşkəs yanvarın 24-də daha 15 gün müddətinə uzadılmışdı.

Yanvarın 18-də isə Suriya Prezidenti Əhməd əş-Şəraa SDQ-nin dövlət institutlarına tam inteqrasiyasını nəzərdə tutan atəşkəs sazişini imzalamışdı. Bundan əvvəl, yanvarın 16-da Prezident əş-Şəraa sərəncam imzalayaraq suriyalı kürdlərin “Suriya xalqının ayrılmaz hissəsi” olduğunu və onların “mədəni və dil kimliyinin Suriyanın vahid milli kimliyinin tərkib hissəsi” sayıldığını bəyan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri