Icma.az
close
up
RU
Suriya ilə bağlı dəyişməz hədəf: Türkiyənin məqsədi konkretdir

Suriya ilə bağlı dəyişməz hədəf: Türkiyənin məqsədi konkretdir

Ayna saytına istinadən Icma.az xəbər verir.

Toğrul İsmayıl: “Türkiyə Suriyada terror qruplarının, terrorçuların cəmləşdiyi dövlətin qurulmasına imkan verməyəcək”

Dünəndən etibarən Türkiyə Suriyada antiterror əməliyyatına başlayıb. Qardaş ölkə mediasının məlumatına görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən terror təşkilatı PKK/YPG/PYD-nin Suriyadakı vəziyyətdən istifadə edərək Bəşər Əsəd rejiminə məxsus raket, ağır silah və sursatları Qamışlı bölgəsindən çıxarmağa cəhd etdiyi müəyyənləşib. MİT buna görə də raket və ağır silahlar daşıyan 12 yük maşını, iki tank və iki sursat anbarının məhv edilməsi ilə nəticələnən əməliyyat başladıb.

Məlumata görə, terrorçular bu silahlardan Türkiyə Silahlı Qüvvələrinə qarşı istifadə etməyi planlaşdırıblar. Təşkilat nümayəndələri bölgədə terrorçulara qarşı mübarizənin davam etdiriləcəyini bildiriblər.

Suriyanın silahlı müxalifətinin noyabrın 28-də Bəşər Əsəd hökumətinə qarşı başlatdığı və dekabrın 8-də qələbəsi ilə nəticələnən hücumundan sonra Türkiyənin prosesdə rolu haqqında danışılır. Əsəd rejiminin devrilməsindən sonra Ankaranın suriyalı müxaliflərə hökuməti formalaşdırmaq üçün dəstək verəcəyi, eyni zamanda, Suriya ərazisindəki terror qruplaşmalarını zərərsizləşdirəcəyi barədə proqnozlar var idi. Görünən odur ki, Türkiyə sərhədlərində təhlükəsizlik tədbirlərinə başlayıb və antiterror əməliyyatları ilə məqsədlərinə çatmaq niyyətindədir.

Suriyada yaşananlar və Türkiyənin bölgədə atdığı addımlarla bağlı AYNA-nın suallarını cavablandıran Kahramanmaraş Sütçü İmam Üniversitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor, azərbaycanlı analitik Toğrul İsmayıl deyib ki, Əsəd rejimi diktatura olan bir quruluş olaraq bölgədə ciddi idarəetmə itkisi ilə qarşılaşdı və rejim müxalifət qarşısında zəifləyərək çıxılmaz vəziyyətə düşdü:

- Sonunda da müxaliflər Əsəd hakimiyyətini devirməyə nail oldular. Belə rejimlər zahirən ayaqda qalsalar da, əslində ölkəni nə dərəcədə idarə etdiklərini və nə qədər gücə sahib olduqlarını bilmirlər. Xatırladım ki, hələ illər əvvəl də, bu hadisələrdən bir neçə gün əvvəl də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Əsəd müzakirəyə dəvət olundu. Amma o vaxt da, bu vaxt da Əsəd Türkiyə ilə razılığa gəlmədi. Səbəbi də odur ki, ona məlumat ötürən zabitlər və digər şəxslər avtoritar rejimdən, diktatordan çəkinərək həqiqəti heç vaxt olduğu kimi çatdırmırdılar. Həmişə yanlış və şişirdilmiş məlumatlar verdilər. Məhz müxaliflərin uğur qazanmasının və iqtidarın zəifləməsinin əsas səbəbi budur. Belə rejimlərdə ordudakı zabitlər və əsgərlər qorxudan susur. Lakin hakimiyyət zəifləyən kimi bu qrupların əks tərəfə keçməsi, silahlarını yerə qoyması və müharibədən uzaqlaşması açıq-aşkar görünür

- Başqa səbəblər də olmamış deyil...

- Əlbəttə, başqa səbəblər də mövcuddur və burada bir çox amillər var. Məsələn, Əsəd rejimi illər əvvəl ona qarşı başlanan etiraz dalğasından, nəticədə vətəndaş müharibəsindən və atəşkəsdən sonrakı müddətdə heç bir islahat həyata keçirmədi. Ordu və cəmiyyət arasında yeni bir forma yarada bilmədi. Əsəd rejimi əksinə, cəmiyyətdə yeni təzyiqlər, yeni həbslər, qəddarlıqlar və yeni qırğınlar etməklə özünə qarşı aqressiyanı daha da artırdı. Müxalifətin isə bu müddətdə yaxşı hazırlaşdığı görünür. Təkcə intizam deyil, eyni zamanda, videolarda və görüntülərdə də göründüyü kimi, şəhər daxilindəki yürüşlər, hərəkətlər, geyim tərzi fərqlidir. Texnoloji cəhətdən daha yüksək səviyyədədirlər. Əvvəlki illərlə müqayisədə daha hazırlıqlı olduqlarını, peyk sistemləri və texnologiyadan istifadə etdiklərini müşahidə etdik. Bu, onların müharibəyə daha hazırlıqlı olduqlarını göstərir. Müxaliflərin bu qədər sürətli irəliləməsi Əsəd rejiminin öz gücünə həddindən artıq güvənməsi ilə bağlıdır. Yəni şişirdilmiş güc və yanlış düşüncə tərzinin nəticəsidir. Onu da unutmaq olmaz ki, Əsəd rejimini dəstəkləyən Rusiya və İran da bölgədə güc itkisinə məruz qalıblar. Rusiya Ukraynaya qarşı müharibədə demək olar ki, canı ilə əlləşir. İranın isə bölgədəki proksi qüvvələrinə İsrail zərbələr vurub, onları çox zəiflədib. Hansı ki, bu qruplaşmalar İranın göstərişi ilə Əsəd rejimini müdafiə edirdilər. Yəni müttəfiqlərinin əsədi qorumağa gücü çatmadı və sonra o ölkədən qaçmağa məcbur oldu.

- Suriyada baş verən proseslərdə Türkiyənin rolu nə qədərdir?

- Əlbəttə, Suriyada baş verənlər Türkiyənin maraq dairəsindədir. Əslində Suriyanın silahlı müxalifətində olan “Heyət Təhrir əş-Şam” Türkiyə tərəfindən də terror təşkilatı olaraq tanınır. Amma bu günlərdə Suriyada hücumları həya keçirən sadəcə bu təşkilat olmadı, birləşmiş bir koalisiya oldu. Suriyada geosiyasi dəyişiklikləri nəzərə alsaq, hazırda bu ölkədə baş verən prosesləri birbaşa hansısa terror təşkilatının fəaliyyəti olaraq dəyərləndirmək doğru olmazdı. Bu təşkilat eyni zamanda, ABŞ-ın da, digər ölkələrin də terror siyahısındadır. Amma koalisiyada Türkiyənin dəstəklədiyi qruplar var. Milli Suriya Ordusu adı altında bu qruplar fəaliyyət göstərirlər və ciddi şəkildə prosesdə yerlərini alıblar. Bilirsiniz, Türkiyə Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır. Əvvəllər istər ABŞ və Qərb ölkələri ilə, istərdə də Rusiya və İranla bu mövzuda danışıqlarda Suriyanın ərazi bütövlüyünü daim müdafiə edib. Yalnız Türkiyənin deyil, beynəlxalq qurumların təklifi idi ki, Suriyada konstitusiya dəyişikliyi olsun, demokratik sistemə keçirilsin, yenidən çoxpartiyalı seçki təşkil olunsun və digər məsələlər həllini tapsın. Lakin Əsəd rejimi bunu həyata keçirmədi. Ondan sonra çıxan vətəndaş müharibəsində də Türkiyə yenə Əsəd rejimini tanımasa da bölgədə baş verən prosesləri yaxından izləməyə davam edib. Bu gün də Ankaranın siyasəti eynidir.

- Dediniz ki, Türkiyə prosesləri yaxından izləyir, bəs proseslərdə hansısa rol oynayırmı?

- Son hadisələrdə Türkiyə rəsmi şəkildə hansısa rol oynamır. Amma təbii ki, Ankara uzun müddət müxalifəti dəstəkləyib. Orada Milli Suriya Ordusu və Milli Suriya Şurası şəklində quruluşlara da dəstək verib. Həmin qruplar da Əsədə qarşı koalisiyada yer aldılar. Bu mənada, Türkiyənin prosesdə iştirakı təxmin edilir. Amma söhbət birbaşa müdaxilədən gedirsə, bu, doğru deyil. Türkiyə təbii ki, tam sərhədi boyunca bufer zonanın təşkil edilməsini ilk gündən bildirmişdi. Amma Qərb ölkələri buna isti baxmadılar. Bu səbəbdən Türkiyə Suriyada nəzarətsiz qaydada, ətrafında bəzi terror qruplarının, terrorçuların cəmləşdiyi dövlətin qurulmasına mane olmaq istədi və bu gün də mane olmaqdadır. Bunun üçün də hərbi mənada hərəkətləndi, bəzi bölgələri nəzarətə aldı. Vaxtilə Hələb Rusiya ilə danışıqlar nəticəsində Suriya rejiminə təhvil verilmişdi. Amma həmin rejim Hələbi tam idarə edə bilmirdi. Bu ərazi də terror qruplarının nəzarətinə keçmişdi. Əslində, bir növ Türkiyənin istəyi həyata keçdi. Hələbin, Tel Rifahın və digər bölgələrin alınması ilə həmin ərazilərdəki terror strukturlaşmasına son verildi. Bununla da həmin ərazilərdə ciddi nəzarət quruldu.

Eyni zamanda, Türkiyədə milyonlarla suriyalı qaçqın var ki, onlar artıq öz vətənlərinə geri dönürlər. Suriyalıların yenidən öz yurdlarına dönməsi üçün bir fürsət yarandı. Türkiyə bunların hər birini diqqətə almalıdır və alacaq da.

- Nəhayət, Türkiyə Suriyada antiterror əməliyyatlarına başladı. Sizcə, bölgə terrorçulardan tam təmizlənəcəkmi?

- Bu, gözlənilən idi və Türkiyə də bunu etməkdədir. Tam təmizlənməsi Türkiyənin məqsədlərindən biridir. Bilirsiniz, dövlət maraqları hər şeydən üstündür. Türkiyə özünün Suriya ilə sərhədlərində, konkret olaraq Suriyanın şimalında hər hansı bir süni kürd dövlətinin qurulmasına imkan verməyəcək. Bəzi qüvvələr var ki, belə bir “dövlət” qurmaq istəyindədirlər. Antiterror əməliyyatının məqsədlərindən biri də budur. Bu, strateji və təhlükəsizlik baxımından Türkiyə üçün lazımlı əməliyyatdır. Bunu Türkiyə uzun müddətdir ki, tələb edirdi. Zamanında antiterror əməliyyatları da keçirildi, xeyli terrorçu zərərsizləşdirildi. Türkiyə kimi bir dövlət sərhədləri yaxınlığında baş verən qanunsuzluğa heç vaxt laqeyd qala bilməz və əvvəl-axır terrorçular bölgədən təmizlənməlidir. Əslində oradakı etnik qruplar rahat yaşamaq istəyirsə, Türkiyənin həyata keçirdiyi əməliyyatı dəstəkləməlidirlər. Türkiyənin məqsədi kiminsə etnik və dini kimliyi ilə deyil, terrorla mübarizədir.

Qaldı ki, terrorçuların bəzi qüvvələr tərəfindən yenə də dəstəklənəcəyinə, kimlər ki, həmin terror qruplarını təşkilatlandırmağa çalışacaq, onların “liderini” qəhrəman olaraq göstərib, yuxarı başda otuzdurmağa çalışacaq, Türkiyə onlara qarşı olacaq, öz siyasətini aparacaq. ABŞ ilə NATO üzərindən müttəfiq olsa da Türkiyənin Suriyadakı maraqları və mənfəətləri başqadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 Dekabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri