Suriya ordusu Həmadan geri çəkilir YENİLƏNİB
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şiddətli döyüşlərdən sonra silahlı suriyalı qruplar Suriyanın qərbində yerləşən Həma şəhərinin yaşayış məntəqələrinə daxil olub.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ordu “şəhərdən kənarda” mövqelərə yerləşdirilib.
***
14:32
Suriyanın Həma vilayətinin inzibati mərkəzi olan eyniadlı şəhər uğrunda döyüşlər gedir.
Modern.az-ın məlumatına görə, "Reuters" agentliyi qiyamçıların şəhərə girdiyini bildirib.
Agenttlik hökumət əleyhinə qüvvələrin komandiri Həsən Əbdül Qaniyə istinadən qeyd edib ki, silahlılar Həma şəhəri daxilində bir neçə istiqamətdə və şəhər mərkəzinə doğru irəliləyirlər. Bəzi mənbələr şəhərin tamamilə qiyamçıların nəzarəti altında olduğunu iddia edir.
Suriya Müdafiə Nazirliyi isə sözügedən məlumatları təkzib edib.
Nazirliyin məlumatına görə, əyalətdə döyüşlər davam edir. Silahlılar 2011-ci ildən hökumətin nəzarətində qalan Həmaya üçüncü gündür girməyə çalışırlar.
"Heyət Təhrir əş-Şam" qruplaşması başda olmaqla hökumət əleyhinə qüvvələr noyabrın 27-də hücuma başlayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:144
Bu xəbər 05 Dekabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















