Suriya terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılır
Icma.az, Sherg.az saytına istinadən bildirir.
ABŞ tezliklə ölkənin iqtisadi bərpasını asanlaşdırmaq üçün Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması qərarını təsdiqləyə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Monitor” ABŞ Dövlət Departamentindəki mənbələrə istinadla məlumat yayıb.
Portal bildirib ki, Suriyanın terrorizmin dövlət sponsoru kimi təyin edilməsi üzrə sanksiyalar ölkənin beynəlxalq ticarətə tam inteqrasiyası qarşısında sonuncu əsas maneə olaraq qalır. Hazırda bu təyinat Suriyaya xarici investisiyaları və müəyyən kateqoriyalı malların tədarükünü əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Suriyaya qarşı sanksiyaların əsas hissəsi 2025-ci ilin may ayında Suriya Prezidenti Əhməd Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra ləğv edilib.
Altı ay ərzində Dövlət Departamenti Suriya dövləti ilə əlaqəli maliyyə axınlarının ətraflı təhlilini aparıb. Araşdırma başa çatdıqdan sonra departament Suriyanın siyahıdan çıxarılması ilə bağlı yekdil qərara gəlib. Son qərar ABŞ dövlət katibi Marko Rubioya məxsusdur.
Portalın mənbələrindən biri qeyd edib: “Başqa heç bir maneə yoxdur. Rubio imza atacaq sonuncu şəxsdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 22 May 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















