Suriya və İordaniya birgə təhlükəsizlik komitəsi yaradacaq
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 28 oktyabr, AZƏRTAC
Suriya xarici işlər naziri Əsəd Həsən əl-Şeybani və İordaniyanın xarici işlər naziri Əymən əs-Safadi birgə təhlükəsizlik komitəsinin yaradılması barədə razılığa gəliblər.
AZƏRTAC SANA agentliyinə istinadla xəbər verir ki, razılaşma İordaniyanın Suriyanın Dəraa vilayətinə endirdiyi hava zərbələrinin təfərrüatlarının araşdırılmasını, terror təhdidlərinə qarşı sahə və kəşfiyyat koordinasiyasının gücləndirilməsini nəzərdə tutur.
Eyni zamanda, tərəflər İordaniyanın Suriyada İŞİD hədəflərinə endirdiyi zərbələrin nəticələrini də müzakirə ediblər. İordaniya tərəfi əməliyyatlar zamanı mülki şəxslərin həlak olmasına görə təəssüfünü ifadə edib. Suriya İordaniyanın zərbələrini pisləyib və ölkə ərazisinə əvvəlcədən razılaşdırılmadan müdaxilənin yolverilməz olduğunu bildirib.
Baxış sayı:153
Bu xəbər 28 Oktyabr 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















