Icma.az
close
up
RU
Suriya XİN: Rusiya bazaları ilə bağlı danışıqlar aparırıq və İsraillə təhlükəsizlik sazişi istəyirik

Suriya XİN: Rusiya bazaları ilə bağlı danışıqlar aparırıq və İsraillə təhlükəsizlik sazişi istəyirik

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qahirə, 19 oktyabr, AZƏRTAC

Suriyada Rusiya hərbi bazaları ilə bağlı hazırda danışıqlar aparılır. Eyni zamanda, Suriya torpaqlarının bir qarışından da imtina etmədən İsraillə “onun təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə alan” təhlükəsizlik sazişinə nail olmaq istəyir.

AZƏRTAC “əş-Şarq əl-Avsət” nəşrinə istinadla xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Əsad əş-Şeybani deyib.

Nazir bildirib ki, Suriya və Rusiya tərəfləri Əhməd əş-Şəranın Moskvaya səfəri zamanı sabiq prezident Bəşər Əsədin və ölkədən qaçmış zabitlərin taleyi ilə daxil olmaqla bir çox məsələni müzakirə ediblər. Həmçinin gələcək münasibətlər və əməkdaşlıq perspektivləri də gündəmdə olub.

Ölkəsinin hər hansı şəkildə bölünməsini və federallaşmasını qəbul etməyəcəklərini vurğulayan əş-Şeybani “Suriya Demokratik Qüvvələri”nin (SDQ) dövlət qurumlarında yer almamasından təəssüf etdiyini bildirib. Əlavə edib ki, bu qüvvələrin dövlət strukturlarının işində iştirak etməməsi “onlarla dövlət arasında uçurumu dərinləşdirir”.

Xarici işlər naziri qeyd edib ki, İsrail Suriyadakı dəyişikliklərdən istifadə edərək yeni reallıq yaratmağa və ekspansionist planlar həyata keçirməyə çalışıb. İsrailin addımlarını “Suriyada sabitliyi pozan” davranışlar kimi qiymətləndirən nazir İsrail qüvvələrinin keçən il dekabrın 8-dən əvvəlki mövqelərə geri çəkilməsində ölkəsinin israrlı olduğunu vurğulayıb.

Əş-Şeybani bildirib ki, Suriya suverenliyini sarsıtmayan, həm İsrailin, həm də Suriyanın “təhlükəsizlik narahatlıqlarını” nəzərə alan və hər iki ölkənin təhlükəsizliyinə hörmətlə yanaşan bir təhlükəsizlik sazişinə nail olmaq istəyir.

Suriyanın xarici işlər naziri, həmçinin ümid etdiyini bildirib ki, İsrail tərəfi ilə gərginlik azaldılacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri