Icma.az
close
up
RU
Suriyada baş verənlər Cənubi Qafqaza da təsir edəcək Şərh

Suriyada baş verənlər Cənubi Qafqaza da təsir edəcək Şərh

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bəşər Əsəd rejiminin devrilməsi ilə Yaxın Şərq regionunda yeni dövr başladı. Azərbaycan və qardaş Türkiyə 10 ildən çox bir müddətdə qaçqınlıq həyatı yaşayan, Avropa küçələrində arzuolunmaz miqranta çevrilən, bir qismi “Qoca Qitə”yə və Birləşmiş Ştatlara yollanarkən həyatlarını itirən suriyalıların əvvəlki kimi, təhlükəsiz yaşamalarını arzu edir və bu prosesə istər humanitar, istərsə də maliyyə dəstəyi verməyə hazır olduqlarını deyir. Prezident İlham Əliyevin ötən həftə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışıqlarından da aydın olur ki, Bakı və Ankara “Ərəb baharı”nı ən ağır məhrumiyyətlərlə keçirən Suriyanın müstəqil dövlətçiliyini qoruyub saxlamasını, Əfqanıstan, Liviya, İraqın taleyini yaşamamasını arzu edir və post-Əsəd dönəmində bölgədə təhlükəsizliyin təmini üçün hər cür yardımı göstərə biləcəklərini ortaya qoyur".

Bunu Ölkə.Az-a açıqlamasında deputat Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, Suriyada baş verən hadisələr Cənubi Qafqazdakı qüvvələr nisbətinə də bu və ya digər dərəcədə təsir edəcək: "Çünki, devrilmiş Bəşər Əsəd uzun illər müsəlman dünyasından olan tərəfdaşları azərbaycanlılara deyil, Azərbaycan torpaqlarını işğal altında saxlayan, müsəlman dininə məxsus abidələrə qarşı vandal aktları törədən və bununla da, islamı təhqir edən erməni separatçılarına dəstək verib. 44 günlük müharibə dövründə ölkəmizə qarşı dezinformasiya yayanlara Suriya müstəvisində məhz Əsəd özü başçılıq edirdi. O, bir neçə dəfə açıqlamalarında Qarabağdakı xunta rejiminin tərəfində olduğunu da demişdi. Ermənistandan bu ölkəyə göndərilən 83 nəfərlik kontingent mina təmizləyənlər adı altında Əsəd tərəfdarları ilə bir sırada Türkiyə və digər mütərəqqi qüvvələrə qarşı vuruşurdular".

Deputat əlavə edib ki, Suriya-Ermənistan münasibətlərinin Türkiyə üçün də təhdid halına gəldiyinə dair müəyyən məlumatlar var: "Məsələn, 2009-cu ildə Bəşər Əsəd İrəvanda olarkən Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyana müraciət etmişdi. Sarkisyan isə “Siz türkləri yaxşı tanımırsınız” deyərək o zamanlar dəbdə olan “erməni açılımı” təşəbbüsünə zərbə vurmuşdu. Bir müddətdən sonra Dəməşqdə erməni nümayəndə heyətini qəbul edən Bəşər Əsədin “sizin lideriniz mənə türkləri yaxşı tanımadığımı demişdi, indi görürəm ki, o, haqlı imiş” sözləri Türkiyəyə qarşı Suriya-Ermənistan tandeminin yarandığını təsdiqləyir. Bu faktlar göstərir ki, Ermənistan və Bəşər Əsəd rejimi arasında sıx əməkdaşlıq əlaqələri olub və hazırda Suriyada baş verənlər əsla ermənilərin xeyrinə deyil. Çünki, “Ərəb baharı”nın start götürdüyü 2011-ci ildə Hələb şəhərində və digər bölgələrdə 100 min erməni yaşadığı halda, bu gün onların sayı cəmi 30 mindir. Əsədə qarşı vətənpərvər qüvvələrin mübarizəsinə isə erməni media mənbələri “terrorçuların aksiyası” adını vermişdilər.

Beləliklə, Suriyada diktaturanın devrilməsi və yeni qüvvələrin hakimiyyətə gəlməsi Ermənistan üçün də siqnal olmalıdır. İran və Suriya ilə münasibətləri hərbi əməkdaşlıq müstəvisinə daşıyan ermənilər indi bir müsəlman ölkəsinin dəstəyindən məhrum olmaqla Cənubi Qafqazda dəstək gücünü itirir və Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətindədir. Digər tərəfdən, Türkiyənin Suriya məsələsinin həlli ilə bağlı dünya birliyindən aldığı mandat İrəvan və ona havadarlıq edən dairələr üçün arzuolunmaz gedişdir. ABŞ və Avropa istəyərək, yaxud istəməyərək, Suriya böhranının çözülməsini Ankaranın ixtiyarına buraxır. Türkiyə təhlükəsizlik orqanları rəsmilərinin Dəməşqə səfərləri, ABŞ-nin dövlət katibi və Avropa Komissiyası prezidentinin Ankaraya səfəri, Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Donald Trampın Rəcəb Tayyib Ərdoğana verdiyi dəyər və onu güclü lider adlandırması belə düşünməyə əsas verir ki, post-Əsəd dövründə Suriya ilə bağlı əsas qərarları məhz Türkiyə verəcək. 

Lakin proseslərin göründüyü qədər sadə olacağı inandırıcı deyil. Məsələ ondadır ki, Qərb dövlətləri Rusiya ilə Ukrayna böhranı prizmasından balansı öz xeyirlərinə dəyişdirdiklərini düşünərək indi də Suriya üzərindən Rusiyanın mövqelərini sarsıtmağa çalışır. Rus qoşunlarının qısa müddətdə Suriya ərazisindən çıxarılması tələbi bir tərəfdən də Moskva-Ankara münasibətlərini pozmağa hesablanır. Bəşər Əsədin Rusiyada sığınacaq tapması həm də onun topladığı milyardlarla pul vəsaitini Rusiyaya apardığı şəklində interpretasiya edilir və Kremlin Ukrayna cəbhəsində yeni imkanlar qazana biləcəyi kimi proqnozlaşdırılır. Bəzi Avropa ölkələri, məsələn, elə hökumət böhranı yaşayan Fransa və Almaniyanın Dəməşqdə öz nümayəndəliyini açmağa tələsməsi faktiki, Qərb supergüclərinin “Suriya piroqu”ndan pay almağa çalışdığı anlamına gəlir. ABŞ-nin indiki mərhələdə tutduğu mövqe isə Suriyanın neftlə zəngin bölgələrini nəzarətdə saxlamağa hesablanır. Ağ ev rəsmilərinin İŞİD faktorunu tez-tez yada salması ABŞ-nin Yaxın Şərqdə atacağı növbəti addımlarla bağlı xəbərdarlığı sayılmalıdır. Başqa sözlə desək, əgər amerikalılar Suriyada nəzərdə tutduqları idarəetmə formasını yarada bilməsələr, bu ölkə ərazisində etnik kürdlərin yaşadığı bölgədə Kürd dövlətinin yaradılması fakt olacaq, ya da PKK-nin əsas qanadı olan PYD-nin cinayətkar əməllərinə göz yumulacaq. Suriyada zəfər çalan qüvvələrin Türkiyəyə yaxın olduğunu yazan Qərb mediası gələcəkdə ölkənin yeni vətəndaş müharibəsinə yuvarlana biləcəyinə işarə vurur. Misirdə, İraqda olduğu kimi...

Görünən odur ki, Bəşər Əsəd hakimiyyətdən uzaqlaşdırılsa da, Suriyada davamlı sabitlik və əmin-amanlığın yaranacağını proqnozlaşdırmaq tezdir. Yaxın Şərqdə səngiməyən döyüşlər, İran və Rusiyanın Suriya proseslərinə dair bəzi bəyanatları ondan xəbər verir ki, doğma yerlərindən didərgin düşən suriyalıların öz vətənlərində bundan sonra təhlükəsiz şəraitdə yaşayacaqları sual altındadır. Məsələn, İsrailin Qolan təpələrinə iddiası və bu təpələri İsrailin təhlükəsizliyinin qarantı adlandırması artıq ziddiyyətlər üçün ilk əsasdır. Çünki, Qəzzada və Livanda hələ də əməliyyatlar həyata keçirən rəsmi Təl-Əviv Qolan təpələrini öz ərazisinə qatacağını və heç bir şərt altında onu Suriyaya qaytarmayacağını deyirsə, deməli, İsrailin addımlarından nümunə götürəcək digər güc mərkəzləri də Suriyada unitar dövlət modelinə dəstək verməyəcək, əksinə, Əsəddən sonrakı ölkəni parçalamağa çalışacaqlar. Odur ki, indiki mərhələdə proqressiv qüvvələr birləşməli və Yaxın Şərqdə yeni uzunmüddətli münaqişə ocağının yaranmaması üçün Suriyada sabitlik və təhlükəsizliyin təmini istiqamətində addımlar atmalıdırlar. Hələlik, sözügedən ölkənin beynəlxalq siyasi və iqtisadi proyektlərə qoşulmasını istəyən çox az sayda ölkə var ki, onların sırasında Azərbaycan da yer alır. Prezident İlham Əliyev hələ 2016-cı ildə Londonda Suriya ilə bağlı keçirilən sammitdə Azərbaycanın Suriya xalqına humanitar yardım göstərmək üçün bütün imkanlarını işə salacağını demişdi. O vaxtdan 8 il ötür və Azərbaycan sözünün üstündə durur. Suriya tərəfindən ölkəmizə ünvanlanacaq hər bir müraciət konstruktiv əməkdaşlıq prinsipləri çərçivəsində cavablandırılacaq. Çünki, Yaxın Şərqdə sülhün təmini bu bölgədə yerləşən ölkələrlə qlobal nəqliyyat və enerji və digər sahələr üzrə fəal əməkdaşlığa yeni perspektivlər açacaq".

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Dekabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri