Suriyada beş dövlətin iştirakı ilə terrora qarşı vahid əməliyyat mərkəzi yaradılacaq
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Suriyada beş dövlətin iştirakı ilə terrorla mübarizə çərçivəsində vahid əməliyyat mərkəzi yaradılacaq.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu il martın 9-da İordaniyada Türkiyə, İraq, Suriya və Livanın iştirakı ilə nazirlər səviyyəsində görüş olub və həmin görüşdə sözügedən mövzuda razılıq əldə edilib:
“Beş iştirakçı ölkə İŞİD terror təşkilatı başda olmaqla, Suriyanın terrorla mübarizəsinə dəstək istiqamətində razılığa gəlib. Suriyanın yeni hökumətinin tələbləri əsasında həmin dövlətlərin iştirakı ilə birgə əməliyyat mərkəzinin yaradılması qərara alınıb. Hazırda bu istiqamətdə işlər görülür”.
Məlumatda o da diqqətə çatdırılıb ki, Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması, sabitlik və təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















