Icma.az
close
up
RU
Suriyada Bəşər Əsəd tərəfdarları baş qaldırıb, İran qorxunc bəyanatlar verir Reuters

Suriyada Bəşər Əsəd tərəfdarları baş qaldırıb, İran qorxunc bəyanatlar verir Reuters

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Suriyalılar öz ölkəsində müqaviməti dirçəldəcək, ABŞ və sionist rejiminin cinayətkar və məkrli planlarını pozacaq..."

Suriyanın Tartus şəhəri yaxınlığında kənd yerində Suriya polisinin 14 nəfər əməkdaşı qətlə yetirilib, daha 19 nəfəri yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.

Suriyanın yeni daxili işlər nazirinin məlumatına görə, devrilmiş Bəşər Əsəd rejiminə loyal olan yaraqlılar pusqu qurub. Suriyanın keçid hökuməti "Suriyanın təhlükəsizliyini sarsıtmağa və ya onun vətəndaşlarının həyatını təhlükə altına atmağa cəsarət edən hər kəsə qarşı" sərt tədbirlər görüləcəyini vəd edib.

Bu yaxınlarda baş vermiş etiraz aksiyaları ilə bağlı iğtişaşlardan sonra Suriya polisi Xoms şəhərində yerli vaxtla saat 18:00-dan 08:00-dək gecə komendant saatı tətbiq edib.

Yerli sakinlərin məlumatına görə, iğtişaşlar ələvi və şiə dini azlıqların nümayəndələrini təhrik edib. Bu zaman bəzi sakinlər qeyd edib ki, nümayişlər son zamanlar uzun müddət Bəşər Əsədə loyal olan ələvi azlığın nümayəndələrinə qarşı "təzyiq və zorakılıqla" bağlıdır.

DİN-in məlumatına görə, dekabrın 25-də sabiq rejimin bəzi nümayəndələri Suriyanın sahilyanı zonasında polis əməkdaşlarına hücum edib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.

Bu gün İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Möhsün Rezayi əmin olduğunu bildirib ki, suriyalılar "öz ölkəsində müqaviməti dirçəldəcək və ABŞ və sionist rejiminin cinayətkar və məkrli planını bir ildən az müddət ərzində neytrallaşdıracaq".

"Suriya gəncləri və onun dəyanətli xalqı xarici işğal və təcavüzə, habelə qruplaşmalardan birinin daxili totalitarizminə qarşı susqun qalmayacaq", - Rezayi deyib.

Bu tipli bəyanatla bu günlər İranın Ali dini lideri Əli Xamenei də çıxış edib. O, Suriya gənclərinə qətiyyətlə "Suriyada təhlükəsizliyin pozulması vəziyyətini təşkil edən və yaradanlara qarşı çıxmağa" çağırış edib.

"Biz Suriyada həmçinin güclü və ədalətli qrupun meydana çıxacağını proqnoz edirik, çünki bu gün Suriya gənclərinin itirməyə heç nəyi qalmayıb. Onların məktəbləri, universitetləri, evləri və küçələri təhlükədədir. Ona görə də onlar qətiyyətlə və mətinliklə təhlükəsizliyə təhdidi planlaşdıran və gerçəkləşdirənlərə qarşı çıxmalı və onlara üstün gəlməlidir", - Xamenei deyib.

Buna cavab olaraq Suriya müvəqqəti hökumətinin xarici işlər naziri Əsəd Həsən əl- Şibani İrana "Suriya xalqının iradəsinə, suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə" çağırış edib.

"Biz İrana Suriyada xaos yaymaqdan çəkinməsi ilə bağlı xəbərdarlıq edirik və son bəyanatların nəticələrinə görə məsuliyyəti onun üzərinə qoyuruq", - əl-Şibani qeyd edib.

Agentik qeyd edir ki, İran Bəşər Əsəd rejiminə dəstək üçün milyardlarla dollar xərcləyib. Üsyançılar dövlət çevrilişi edəndən sonra isə öz müttəfiqini xilas etmək üçün SEPAH yaraqlıları Suriyaya yollanıb.

"Bir çoxları Əsədin devrilməsini İsrail və ABŞ-ın Yaxın Şərqdə təsirinə qarşı İranın başçılıq etdiyi  "Müqavimət Oxu"nun siyasi və hərbi alyansına ciddi zərbə olduğunu hesab edir", - "Reuters" qeyd edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Dekabr 2024 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri