Icma.az
close
up
RU
Suriyada druzlar üsyan edib

Suriyada druzlar üsyan edib

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada hökumət qüvvələri son günlər qarşıdurmaların yaşandığı, druzların (ismailliliyin şaxələrindən biri olan müsəlman dini təriqətinə aid ərəblər. Livan və Suriyada, az bir hissəsi isə İsraildə yaşayır-red.) sıx məskunlaşdığı paytaxt Dəməşqdəki Ceramane məhəlləsinin girişlərində yerləşdirilib.

BAKU.WS haber global-a istinadən xəbər verir ki, Ceramane məhəlləsinin tanınmış şəxsləri ilə əldə olunan razılaşma çərçivəsində hökumətə bağlı təhlükəsizlik qüvvələri gecə saatlarında məhəlləyə doğru hərəkət edib. Təxminən iki saat gözlədikdən sonra konvoy halında hərəkət edən qüvvələr məhəllənin əsas girişlərinə yerləşdirilib.

Paytaxt Dəməşqdən təxminən 13 kilometr uzaqlıqda yerləşən və druzların çox yaşadığı Ceramane məhəlləsində 30 aprel tarixində bəzi druz silahlı qrupları ilə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verib.

Xatırladaq ki, 28 apreldə sosial şəbəkələrdə yayılmış və Həzrət Məhəmmədi hədəf alan bir səs yazısı Suriyada ciddi narazılığa səbəb olub. Səs yazısında danışan şəxs, druzların sıx yaşadığı Süveyda vilayətindən olduğunu bildirərək Həzrət Məhəmmədə qarşı təhqiramiz ifadələr işlədib.

Bunun ardınca 29 apreldə ölkənin bir çox bölgəsində etiraz aksiyaları keçirilib. Elə həmin gün axşam saatlarında Ceramane məhəlləsində gərginlik yaşanıb və bəzi druz silahlı qrupların hökumət qüvvələrinə pusqu qurmasından sonra toqquşma başlayıb.

Ceramane məhəlləsində başlayan silahlı hücuma Sahnaya bölgəsindəki druz qruplar da qoşulub və toqquşmalar genişlənib. Ən azı 13 təhlükəsizlik əməkdaşı həyatını itirib.

Bölgədə nəzarəti bərpa etmək məqsədilə Suriya hökuməti çox sayda əsgər, ağır silah və tank göndərib.

İsrail isə mayın əvvəlində druzları qoruma bəhanəsi ilə Sahnaya bölgəsinə beş hərbi təyyarə ilə azı doqquz hava zərbəsi endirib. Hava hücumu nəticəsində iki nəfər ölüb.

Suriya hökuməti bildirib ki, Dəməşqin cənubundakı Ceramane məhəlləsində başlayan və Sahnaya bölgəsinə yayılan toqquşmalardan sonra 1 may tarixində bölgədə nəzarəti ələ alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 May 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see873

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see304

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see300

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see296

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see284

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see260

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see247

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see214

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see211

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see199

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see198

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see195

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see195

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see195

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see194

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see189

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see182

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see181

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see178

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri