Icma.az
close
up
RU
Suriyada hakimiyyətə Türkiyəyə dost qüvvələr gəldiyindən Dəməşq Azərbaycanla da tərəfdaşlıq münasibətləri qurmaq istəyir

Suriyada hakimiyyətə Türkiyəyə dost qüvvələr gəldiyindən Dəməşq Azərbaycanla da tərəfdaşlıq münasibətləri qurmaq istəyir

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 29-da Suriyaya səfəri zamanı bu ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb. Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğunu bildirilən Yalçın Rəfiyev Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyini bəyan edib. Görüşdə 12 illik fasilədən sonra Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətini bərpa ediləcəyi də vurğulanıb. Öz növbəsində nazir Əş-Şibani Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisə olduğunu ifadə edərək, bu münasibətlə Azərbaycan xalqı və rəhbərliyini təbrik edib. Bu görüşdən bir gün sonra Azərbaycandan Suriyaya humanitar yardımla dolu maşın karvanı yol salınıb. Vaxtilə Ermənistan Rusiyanın istəyi ilə Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə yardım və hərbi heyət göndərmişdi. Bu dəfə isə Azərbaycan Türkiyə ilə birgə Suriyanın keçici hökumətinə dəstək verir. Bunun özü göstərir ki, geosiyasi durum Türkiyənin və Azərbaycanın xeyrinə dəyişir. 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan Suriya ilə münasibətlərdə yeni səhifə açır: "Suriyada etirazlar başlayandan sonra Türkiyəni düşmən sayan Bəşər Əsəd Azərbaycana da eyni gözlə baxır, Ermənistanın işğalçı siyasətinə dəstəyini ifadə edirdi. Bu səhifə qapanıb, Suriyada hakimiyyətə Türkiyəyə dost qüvvələr gəldiyindən Dəməşq Azərbaycanla da tərəfdaşlıq münasibətləri qurmaq istəyir. Sərnişin təyyarəmizin vurulması səbəbindən Azərbaycan - Rusiya münasibətlərinin gərginləşməsi fonunda ölkəmizin Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməklə yanaşı Suriyanın simasında tərəfdaş ölkə qazanması da əhəmiyyətlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://pravda.az
archiveBu xəbər 30 Dekabr 2024 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see195

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see126

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see123

Obyektlərin layihələndirilməsi üzrə hüquqlar müəyyənləşir

10 İyun 2025 15:08see121

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see117

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see117

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see116

Rusiya hərbçilərinin ikinci qrupu Ukrayna ərazisindən QAYITDI

10 İyun 2025 18:42see115

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see115

İndi yalnız əsəb və ağrı hiss edirəm Robert Levandovski

10 İyun 2025 16:50see114

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see114

Fransa çempionu rus futbolçu ilə maraqlanır

10 İyun 2025 13:52see114

Ukrayna 700 yaşayış məntəqəsinin adını dəyişdirəcək

10 İyun 2025 07:32see114

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see114

İsrailli nazirdən “Madlin”də saxlanılan aktivistlərlə bağlı maraqlı təlimat: Onlara videonu izlədin...

10 İyun 2025 08:43see113

Tehran hakimiyyəti arxasında dayanan böyük güclər artıq ABŞ ilə müəyyən məsələlərdə razılaşırlar

10 İyun 2025 18:47see113

Almaniya kəşfiyyatının rəhbəri: Ukrayna Putin üçün yalnız ilk addımdır

10 İyun 2025 14:04see113

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see112

Ekspert: Maskla münaqişə ABŞ ın orbit qruplaşmasını yerləşdirməsini çətinləşdirə bilər

10 İyun 2025 07:41see112

İyun ayında qarpız yemək olar? Mütəxəssislər xəbərdarlıq edir

10 İyun 2025 10:02see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri