Icma.az
close
up
RU
Suriyada müxalif qüvvələr Hələbi tam ələ keçirdi

Suriyada müxalif qüvvələr Hələbi tam ələ keçirdi

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Üsyançılar cümə günü iki avtomobil bombasını partladaraq Suriyanın ikinci ən böyük şəhəri olan Hələbin qərb hissəsində hökumət qüvvələri ilə toqquşmalara başladılar.
Milli.Az xəbər verir ki, Suriyada müharibəni izləyən təşkilatların və döyüşçülərin verdiyi məlumata görə, şəhərin kənarındakı məhəllələrdən sakinlər raketl və atışma səbəbindən qaçmağa məcbur olublar.

Minlərlə döyüşçü Suriyanın şimal-qərb kənd və şəhərlərindən keçərək hökumət mövqelərinə hücum edib.

Bu gözlənilməz hücum, Qəzza və Livanda İsrail ilə davam edən ikili müharibələr və hələ də həllini tapmamış 2011-ci ildən bəri davam edən Suriya vətəndaş müharibəsi kimi regional gərginliklər fonunda bölgəyə əlavə qeyri-müəyyənlik gətirib.

Bu, müxalifət qüvvələrinin 2016-cı ildən bəri Hələbə ilk dəfə hücumu idi. Həmin il müxalifət qüvvələri Rusiya, İran və müttəfiqləri tərəfindən dəstəklənən Suriya hökumət qüvvələrinin ağır hərbi kampaniyası nəticəsində şəhərin şərq məhəllələrindən çıxarılmışdı.

Lakin bu dəfə hökumət qüvvələrinin və ya müttəfiqlərinin əhəmiyyətli bir müqavimət göstərdiyinə dair heç bir işarə yox idi. Əksinə, hökumət qüvvələrinin üsyançıların irəliləməsi qarşısında geri çəkildiyi və üsyançıların sosial mediada əsgərləri təslim olmağa çağırdığı barədə məlumatlar yayıldı. Hücum, 2015-ci ildən bəri Suriya hökumət qüvvələrinə dəstək verən əsasən Livanın Hizbullahı olan İranla əlaqəli qrupların öz daxili mübarizələri ilə məşğul olduğu bir vaxtda baş verdi.

İsrail ilə Hizbullah arasında iki ay davam edən müharibədə çərşənbə günü atəşkəs qüvvəyə minib. Məhz həmin gün Suriyanın müxalifət qrupları hücumlarını elan ediblər. Son 70 gün ərzində İsrail həmçinin Hizbullah və İranla əlaqəli hədəflərə qarşı Suriya daxilindəki hücumlarını artırıb.

Hələbə hücumdan əvvəl həftələrlə davam edən aşağı səviyyəli zorakılıqlar, o cümlədən hökumət qüvvələrinin müxalifətin nəzarətində olan ərazilərə hücumları olmuşdu. Müxalifəti dəstəkləyən Türkiyə hökumətin hücumlarının qarşısını almaq üçün diplomatik səylərində uğursuz oldu. Bu hücumlar 2019-cu ildə Rusiya, Türkiyə və İran tərəfindən münaqişənin dondurulması üçün əldə edilmiş razılaşmanın pozulması kimi qiymətləndirilib.

Türkiyə təhlükəsizlik rəsmiləri cümə axşamı bildiriblər ki, Suriyalı müxalifət qrupları əvvəlcə Hələbə doğru "məhdud" bir hücum planlaşdırmışdılar, lakin hökumət qüvvələrinin mövqelərini tərk etməsi ilə hücum genişlənib.

Türkiyə rəsmilərinə görə, hücumun məqsədi münaqişəsizləşmə zonasının sərhədlərini yenidən bərpa etmək idi.
Lalə Qüdrətova
Milli.Az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Noyabr 2024 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri