Kavelaşvili: Gürcüstan sülhə və sabitliyə sadiqdir
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Gürcüstan həm regional, həm də beynəlxalq səviyyədə sülhə, sabitliyə və konstruktiv dialoqa sadiq qalır”.
Gununesi.info xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Antalyada keçirilən COP31 konfransında çıxışı zamanı deyib.
O, Gürcüstanın beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etməyə, ekoloji dayanıqlılığa və ətraf mühitin yaxşılaşdırılmasına yönəlmiş bütün qlobal təşəbbüslərə töhfə verməyə hazır olduğunu bir daha vurğulayıb.
“Yalnız birgə, koordinasiyalı və məsuliyyətli addımlar vasitəsilə biz daha güclü cəmiyyətlər, dayanıqlı iqtisadiyyatlar və uşaqlarımız üçün təhlükəsiz gələcək qura bilərik”, – deyə dövlət başçısı əlavə edib.
Mixeil Kavelaşvili iqlim dəyişikliyini müasir dünyanın üzləşdiyi əsas çağırışlardan biri kimi vurğulayıb, onun beynəlxalq təhlükəsizlik, iqtisadi sabitlik, həmçinin enerji və ərzaq təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu deyib.
O, COP31-in yüksək səviyyədə təşkilinə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 11 Noyabr 2026 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















