Icma.az
close
up
RU
Suriyada sabitliyin qorunması Türkiyənin prioritetlərindəndir

Suriyada sabitliyin qorunması Türkiyənin prioritetlərindəndir

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Türkiyə Suriya ərazisində baş verən son hadisələri bu ölkənin birliyi və ərazi bütövlüyünə verdiyi əhəmiyyət, eləcə də prioritetimiz olan terrorla mübarizə çərçivəsində çox yaxından izləyir”. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli ifadə edib.

Türkiyə ilə sərhəddə yerləşən Suriyanın İdlib bölgəsi və yaxın ətrafında sabitliyin qorunmasının Türkiyənin prioritetlərindən olduğunu bildirən Keçeli deyib: “2017-ci ildən bəri “İdlib Gərginliyi Azaltma Bölgəsi” ilə bağlı bəzi razılaşmalar əldə edilib. Türkiyə tərəf olduğu bu razılaşmaların şərtlərini böyük diqqətlə yerinə yetirir. İdlibə qarşı son dövrlərdəki hücumların Astana razılaşmalarının ruhuna və fəaliyyət istiqamətinə zərər verəcək həddə çatması və ciddi mülki itkilərə yol açması ilə bağlı müxtəlif beynəlxalq platformalara zəruri xəbərdarlıqlar edilib, bu hücumların dayandırılmasının vacibliyi vurğulanıb. Belə ki, son günlərdə baş verən qarşıdurmalar, bölgədəki gərginliyin arzuolunmaz şəkildə artmasına səbəb olub. Hadisələrin yeni və daha böyük qeyri-sabitliyə yol açılmaması, mülki əhalinin zərər görməməsi Türkiyə üçün böyük əhəmiyyət kəsb edir”.

O, bildirib ki, digər tərəfdən, mövcud vəziyyətdən faydalanmağa çalışan Tel Rıfat və Münbiç bölgələrindəki terror qruplarının mülki əhalini və Türkiyəni hədəf alan hücumlarının artması da diqqətlə izlənilir. Keçeli vurğulayıb ki, bölgələrdə terrorçuluğun sonlandırılması məqsədilə tərəfdaşlarla əvvəl razılaşdırılmış müqavilələrin yerinə yetirilməməsi narahatlıqlıq yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Noyabr 2024 02:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri