Icma.az
close
up
RU
SURİYADA YENİ STATUSKVO MÜƏYYƏNLƏŞİR Rusiya və İranın zəifləməsi bunu labüd edir AzPolitika onlayn siyasiictimai qəzet

SURİYADA YENİ STATUSKVO MÜƏYYƏNLƏŞİR Rusiya və İranın zəifləməsi bunu labüd edir AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Suriyada hərbi münaqişə artıq 13 ildən çoxdur ki, davam etməkdədir. 2011-ci ilin mart ayında “ərəb baharı” dalğası ilə ölkədə başlayan vətəndaş müharibəsi sonradan regional və regiondankənar qüvvələrin cəlb olunduğu çoxtərəfli qarşıdurmaya çevrildi. Bu qarşıdurma 2017-ci ildə Astana sülh prosesinin ortaya çıxması nəticəsində yeni mərhələyə qədəm qoydu. Belə ki, Türkiyə, İran və Rusiya arasında konsensusun əldə edilməsi ilə Suriyada müəyyən status-kvo formalaşdı.

Ölkə ərazisində bu razılaşmadan kənar qüvvələr də mövcuddur ki, onlardan ən mühümü Suriyanın Şimal-Şərqinə nəzarət edən ABŞ dəstəkli kürd qruplarıdır. Ölkənin əsasən cənub və mərkəzi hissəsi Rusiyanın azsaylı quru qoşunları və əlavə olaraq Hərbi Hava Qüvvləri, həmçinin İran proksiləri tərəfindən dəstəklənən Əsəd ordusunun nəzarəti altındadır. Suriyanın Şimal-Qərbinə isə Türkiyə ordusu və Ankaranın dəstəklədiyi silahlı qruplar (ən əsası “Heyət Təhrir əş-Şam”) nəzarət edir. Astana üçlüyü tərəflərinə tabe olan, eləcə də bu razılaşmadan kənar qüvvələrlə yanaşı, Suriyada digər silahlı dəstələr də mövcuddur ki, onlar azsaylı olduqları üçün proseslərə təsir imkanları olduqca məhduddur.

Bu il ərzində Türkiyə tərəfi Bəşər Əsədlə danışıqlar aparmaq üçün çoxsaylı cəhdlər etdi. O isə öz növbəsində əsasən Rusiya və İranın dəstəyinə arxalanaraq Ankara ilə birbaşa təmaslardan boyun qaçırdı. Bunun əvəzində Dəməşq digər ərəb dövlətləri ilə əlaqələrin bərpasına daha çox önəm verdiyini nümayiş etdirdi.

Halbuki, Ukraynadakı müharibə nəticəsində Rusiyanın, İsrailin Yaxın Şərqdəki hərbi əməliyyatları nəticəsində isə İranın zəifləməsi Suriyada yeni status-kvonun formalaşmasını labüd edirdi. Bu baxımdan, hazırkı eskalasiya qanunauyğun xarakter daşıyır. Belə ki, qaçılmaz dəyişikliklərə danışıqlar yolu ilə nail olmaq cəhdləri nəticəsiz qaldığı üçün ölkədə yeni status-kvonun formalaşması hərbi yolla baş verir.

Lakin bunun üçün hərbi qruplar öz imkanlarının maksimumuna çatmalıdır ki, yeni status-kvo formalaşsın. Yalnız bundan sonra yerdə yaranacaq yeni vəziyyət danışıqlar masası arxasında öz təsdiqini tapmalıdır. Sözügedən danışıqlar isə, İran XİN rəhbərinin Türkiyəyə səfəri fonunda, artıq Tehran və Ankara arasında getməkdədir.

Hazırda “Təhrir əş-Şam”ın ən zəif tərəfi havada hələ də Rusiyanın hökmranlıq etməsidir. Əgər yaxın müddətdə bu üstünlüyün qarşısı alınmazsa, yerdə yeni status-kvo daha tez bərqərar olacaq.

Beləliklə də, yekun olaraq iki mühüm məqamı vurğulamaq vacibdir:

- Türkiyə Qəzza və Livanda gözlənilən həllərdən kənar qaldığı üçün Suriyada öz rolunu artırmaq niyyətindədir. İndiyədək mövcud olan konsensusun digər tərəfləri - Rusiya və İranın zəifləməsi də bunu labüd edir.

- Digər tərəfdən, bir çox münaqişə bölgələrində olduğu kimi, Suriyada da tərəflər yanvarın 20-dək öz mövqelərini gücləndirməyə və yeni reallıq yaratmağa çalışırlar ki, Tramp administrasiyası öz gələcək siyasətini məhz bu reallığa uyğun formalaşdırsın.

(Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri