Suriyadakı daşqınlarda 3 nəfər həlak oldu İkisi uşaqdır
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Suriyanın şimal-qərb bölgələrində tüğyan edən şiddətli yağışlar Latakiya, İdlib və Hama əyalətlərində genişmiqyaslı daşqınlara və insan itkilərinə səbəb olub.
“Qafqazinfo” SANA agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində biri humanitar təşkilatın könüllüsü, ikisi uşaq olmaqla üç nəfər həlak olub.
Suriya Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, cəmiyyətin könüllüsü Latakiyanın kənd yerlərində xilasetmə əməliyyatları həyata keçirərkən faciəvi şəkildə dünyasını dəyişib, daha dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Agentlik yazır ki, Latakiyanın şimalındakı Ayn-İssa rayonunda iki uşaq daşqın nəticəsində həyatını itirib. Güclü yağışlar yaşayış məntəqələri ilə yanaşı, qaçqın düşərgələrinə də ciddi ziyan vurub. Onlarla ailə su altında qalmış evlərindən və çadırlardan təhlükəsiz ərazilərə təxliyə edilib.
Hazırda bölgədə axtarış-xilasetmə tədbirləri davam edir. Sinoptiklər yağıntılı hava şəraitinin yaxın günlərdə də davam edəcəyi barədə xəbərdarlıq edərək, yerli sakinləri ehtiyatlı olmağa çağırıblar.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 08 Fevral 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















