Icma.az
close
up
RU
Suriyadakı müharibə Cənubi Qafqaza sıçraya bilər? Və ya Türkiyə, Rusiya, İran arasında birbaşa qarşıdurma təhlükəsi varmı? AzPolitika onlayn siyasiictimai qəzet

Suriyadakı müharibə Cənubi Qafqaza sıçraya bilər? Və ya Türkiyə, Rusiya, İran arasında birbaşa qarşıdurma təhlükəsi varmı? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Suriyada hərbi qarşıdurma inanılmaz sürətlə yayılır və getdikcə daha çox yeni sahələri əhatə edir. İrəliləyən “Həyat Təhrir əl-Şam” qruplaşması Türkiyənin nəzarəti altındadır və Əsəd rejimi qüvvələrinə və İran tərəfdarlarına qarşı hərbi əməliyyatlar aparır. Digər tərəfdən, PKK terrorçuları ilə qarşıdurmalar başlayıb. Rusiya aviasiyası “Heyət Təhrir əl-Şamın” qoşunlarının irəliləyişini ləngitmək üçün onları bombalayır”.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov Suriyada baş verən hadisələri və onun Cənubi Qafqaza mümkün təsirlərini şərh edərkən yazıb.

“Beləliklə, Türkiyə, Rusiya və İran arasında anlaşmaların dağıldığı üzə çıxır. İranla Türkiyə, İranla Rusiya, Rusiya ilə Türkiyə arasında aparılan danışıqlar status-kvonun məhv edildiyini və yeni status-kvonun yaradılmasına cəhd edildiyini göstərir”, - ekspert vurğulayıb.

Politoloq qeyd edir ki, müharibə praktikasından məlum olunduğu heç kim indi durduğu yerdə dayanmayacaq və status-kvo hamının (!) resursları tükəndikdə qurulur. Onun sözlərinə görə, bu gün biz hələ hücum edənlərin resurslarının tükəndiyini və ya şiddətli müqavimətlə üzləşdiyini görməmişik.

“Yəni irəliləyişin artıq mümkün olmadığını anlayana qədər ərazi tutacaqlar”, - o, əlavə edib.

Astana formatının iştirakçıları (Türkiyə, Rusiya, İran) arasında birbaşa qarşıdurma təhlükəsi barədə fikirlərini açıqlayan Fərhad Məmmədov hesab edir ki, Suriyada Türkiyə və İranın poksi qüvvələri döyüşür: “Livan “Hizbullah”ının zəifləməsindən sonra İran heç olmasa hücuma müqavimət göstərmək üçün İraqdan Suriyaya şiə polis bölmələrini göndərir. Amma bu, yenə də vəkalət müharibəsidir... İran Xarici İşlər Nazirliyinin rəhbəri artıq Əsəd rejiminin istəyəcəyi təqdirdə İnqilab Keşikçiləri Korpusu bölmələrinin iştirakının mümkün olduğunu bildirib”.

Təhliçi xatırladır ki, Suriyadakı müharibədə yalnız Rusiya birbaşa iştirak edir: “Türkiyə qoşunları şimal sərhəd zolağına nəzarət edir və hələlik silahlı qarşıdurmada iştirak etmir. Türkiyə və İranın birbaşa hərbi qarşıdurmadan qaçması vacibdir, bu səbəbdən də danışıqlar gedir”.

Bəs Cənubi Qafqaz?

Fərhad Məmmədov xatırladır ki, Rusiya, İran və Türkiyə Cənubi Qafqaz regionunun qonşularıdır və Suriya ilə bağlı Astana formatından sonra Cənubi Qafqazda 3+3 formatını dəstəkləyiblər. Onun sözlərinə görə, bu ölkələrin ekspert birliyi Suriyadan sonra Türkiyə, Rusiya və İranın regional qarşılıqlı fəaliyyət formatlarını möhkəmləndirdiyini vurğulayıblar.

Ekspert əlavə edir ki, region ölkələrində 3+3 formatı ilə bağlı birmənalı fikirlər yoxdur:

“Azərbaycan regionda və onun ətrafında geosiyasi gərginliyi azaltmaq, regionun qonşuları ilə çoxtərəfli formatda iştirak etmək və onların regionda qarşılıqlı münasibətlərini yumşaltmaq üçün bu formatı dəstəkləyir;

Ermənistan 3+3 formatında yalnız ona görə iştirak edir ki, İrəvan Tehrandan imtina edə bilməz. Digər tərəfdən, format çərçivəsində Türkiyə ilə qarşılıqlı əlaqədə olmaq mümkündür;

Gürcüstan 3+3 formatında Rusiyaya görə iştirak etmir, digər tərəfdən, formatın bütün digər iştirakçıları ilə praqmatik münasibətlərə malikdir;

Konsolidasiya səviyyəsi və keyfiyyəti baxımından qonşular region ölkələrindən üstün idilər və bu üstünlük Suriya ilə bağlı Astana formatı ilə bağlı idi”.

Bəs indi, razılaşmalar bir-birinin ardınca dağıldıqda və birbaşa münaqişə təhlükəsi yarananda necə?!

Fərhad Məmmədov vurğulayır ki, Suriyada artıq dövlət yoxdur, Əsədin özü isə çoxdan proksi qüvvəyə çevrilib, yeganə fərq odur ki, digərlərindən fərqli olaraq, bahalı kostyum geyinir və qalstuk taxır: “Cənubi Qafqazda regionun qonşularının proksiləri yoxdur və bu, nemətdir. Regionun iki qonşusunun müttəfiqi var: Rusiyanın Ermənistanı, Türkiyənin Azərbaycanı var. Lakin Ermənistan Rusiya ilə münasibətlərdə subyektivlik nümayiş etdirir, Azərbaycan və Türkiyənin birliyi bərabərhüquqlu və himayədarsızdır. Beləliklə, belə qənaətə gəlirik ki, region ölkələrinin subyektivliyi daha güclü dövlətlər arasında rəqabətin, münaqişələrin və qarşıdurmanın yayılmasına maneələr yaradan müəyyənedici elementdir”.

Politoloq qeyd edir ki, Cənubi Qafqazın regional konfiqurasiyası digər ölkələrin, istər regionun qonşuları, istərsə də regionda geosiyasi maraqları olan qeyri-regional aktorların münasibətlərindən asılı ola bilməz və olmamalıdır.

“Bu kontekstdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ekzistensial aktuallıq kəsb edir”, - ekspert vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri