Icma.az
close
up
RU
İran İsrail arasında gərginliyin Cənubi Qafqaza təsiri

İran İsrail arasında gərginliyin Cənubi Qafqaza təsiri

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Son bir ayda ərzində İran İsrail arasında münasibətlərin gərgin səviyyəyə çatması, tərəflərin biri birini hava zərbələri ilə hədələməsi mümkün müharibə ehtimalını artırır. ABŞ İran arasında Omanın paytaxtı Məşqətdə keçirilən ilk görüşdən sonra növbəti görüş İtaliyanın paytaxtı Romada keçirildi. Əsas müzakirə edilən məsələ Tehranın nüvə proqramı ilə bağlıdır və bu ölkənin nüvə silahı istehsalının qarşısını almaq məqsədi daşıyır. Lakin, İran bu məsələdə ehtimal ki, müəyyən güzəştə getsə tam geri çəkilən deyil. İsrail İran müharibəsi baş verərsə Vaşinqton şübhə yoxdur ki, dərhal İsrailə köməyə gələcək və Hörmüz körfəzi istiqamətindən bu ölkəyə hərbi müdaxilə edə bilər və bu zaman İran ABŞ ın hərbi qüvvələrinə və strateji mövqelərinə qarşı nüvə silahından istifadə edə bilər deyə bu silahın istehsalının qarşısının alınması əsas maraq kəsb edən məsələdir.
Bəs müharibə baş verərsə, bu Azərbaycana necə təsir edəcək?
Nəzərə alsaq ki, Cənub qonşumuz İran ilə son illərdə gərginləşən münasibətlər zamanı sərhədimizdə bu ölkə güc göstərici xarakter daşıyan hərbi təlimlər keçirmiş, Ölkəmizə qarşı bir çox kəskin fikirlər səsləndirilmişdir.
Əslində, bir neçə gün öncə Ermənistanda İranla birgə keçirilən hərbi təlimlər də əbəs yerə deyildi. Bu Azərbaycana qarşı ünvanlanmış hərbi nümayiş idi.
Tehran üçün İsrail Azərbaycan dostluğu Cənubi Qafqazda nüfuz və strateji mövqesini möhkəmləndirməyə əsas mane sayılır deyə İran gizli və ya aşkar şəkildə Bakıya İsraillə dostluq və tərəfdaşlıq etdiyi üçün ultimatum xarakterli atmacalar göndərilmişdir.
İran əslində Suriya, Livan, Fələstin, İraq, Yəmən kimi ölkələrdə hərbi və siyasi dayaqlar qurmaqla regional və beynəlxalq cəhətdən özünə tərəfdaş ölkələr tapmışdır, lakin son 2 ildə bu tərəfdaşlar, ən əsas da Hizbullah İsrailin hərbi əməliyyatları ilə zəiflədilmiş, ABŞ nin regionda fəaliyyəti daha da aktiv hal almışdır.
Azərbaycanı təsiri altına almaq istəyən İran üçün İsrail fiquru qəbuledilməz sayılır çünki, Tel Əviv Bakı münasibətlərinin inkişafı Cənubi Qafqazın ən güclüsü sayılan Dövlətimizin Tehranın Livanına, Yəməninə yaxud digər tərəfdaşına çevrilməyə icazə verməz.
Qaldı ki, ABŞ İsrail koalisiyası ilə İranın toqquşma ehtimalına şübhə yox ki, bu baş versə Tehran yenidən Azərbaycana qarşı ultimatum xarakterli çıxışlarla fəallaşa bilər və fəallaşacaq da.
Həmçinin, müharibənin humanitar fəlakət olduğunu nəzərə alsaq, cənub qonşumuzdan qaçqın axını ilə də üzləşə bilərik. Çünki, ABŞ və İsraillə İranın hərbi toqquşmasında baş verəcək dağıntılardan canını qurtarmaq istəyən İnsanların sığınmaq istəyəcəyi ölkələrdən biri də Azərbaycan olacaqdır.
Digər tərəfdən, Tehranın Bakıya qarşı münasibəti daha da kəskinləşə bilər.
Vaxtaşırı ya Arazdəyən ya digər sərhədyanı ərazilərdə Bakıya qarşı güc göstərişi xarakteri daşıyan hərbi təlimlər İranın Azərbaycana qarşı təzyiq siyasəti də adlana bilər.
Vaxtilə, İsrailin Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması İranda ciddi təlatümə səbəb olmuşdur, bu əbəs yerə deyildi.
İki ölkə arasında səfirliklərin fəaliyyətə başlaması münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır və diplomatik, mədəni və siyasi cəhətdən əlaqələrin inkişafına təkan verir.
İran isə Azərbaycanda təsirini gücləndirmək, Bakını yenə də qeyd etdiyim kimi özünün for postuna çevirmək istəyir.
İsrail kimi rəqib ölkənin Azərbaycan kimi Tehran üçün ən ciddi maraqların var olduğu yerdə səfirlik açması, diplomatik fəaliyyətə başlaması Qafqazın əsas hissəsini itirmək deməkdir.
İsa İsmayılov, siyasi şərhçi
Newscenter.az üçün

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Aprel 2025 00:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri