Suriyadakı səfirliyimiz fəaliyyətini bərpa edib? XİN dən AÇIQLAMA
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyada ötən ilin dekabr ayında Bəşər Əsəd rejimi "Təhrir əş-Şam" qruplaşması tərəfindən devrildi. Bundan sonra Türkiyə və Azərbaycan Suriya ilə əlaqələri normallaşdırmağa başladı. Bir müddət əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edərək, həmkarı Ceyhun Bayramovla görüşüb mətbuat konfransı keçirdi. Mətbuat konfransında Ceyhun Bayramov tərəfindən Suriyada səfirliyin bərpasında Azərbaycanın maraqlı olduğu dilə gətirildi. Türkiyə xarici işlər naziri Hakan Fidan isə ölkəsinin bu istiqamətdə Azərbaycana yardım edəcəyini vurğuladı.
Bəs Suriyadakı səfirliyimiz fəaliyyətini bərpa edibmi?
Modern.az məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət edib.
Saytımıza açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, səfirliyin fəaliyyətinin bərpası istiqamətində işlər aparılır:
"Azərbaycanın Suriya Ərəb Respublikasındakı səfirliyi hələlik fəaliyyətə başlamayıb. Səfirliyin fəaliyyətinin bərpası istiqamətində işlər aparılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















