Ukraynadakı səfirliyimiz fəaliyyətini dayandırıb? XİN dən cavab
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanın Ukraynadakı Səfirliyi fəaliyyətini davam etdirir.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.
XİN rəsmisi diqqətə çatdırıb ki, səfirlik əməkdaşlarının təxliyəsi nəzərdə tutulmur.
Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşüb. Səfirliyin ərazisinin hasarının bir hissəsi tamamilə dağılıb, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsi zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub, bu zərbə insan tələfatına səbəb olmayıb. Hadisə ilə bağlı Bu gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiyaya nota verilib. (Mənbə APA)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 14 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















