Icma.az
close
up
RU
Suriyadan İrana ilk xəbərdarlığın pərdəarxası SENSASİON ŞƏRH

Suriyadan İrana ilk xəbərdarlığın pərdəarxası SENSASİON ŞƏRH

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İran XİN-in sözçüsü çərşənbə axşamı keçirilən mətbuat konfransında hökumət sözçüsü Fatma Mühacərani çıxış edərək Suriya ilə diplomatik əlaqələri bərpa etmək istədiklərini açıqlayıb.
"Bizim səfirliklərin yenidən açılmasına yanaşmamız həmişə olduğu kimi diplomatikdir və biz bunu etməyə hazırıq. Onlar da İranla diplomatik səviyyədə əlaqə saxlamağa hazırdırlar və biz hazırda səfirliklərin yenidən açılması üçün diplomatik danışıqlar aparırıq", - xanım diplomat belə deyib. Maraqlıdır ki, ondan bir gün əvvəl İranın ali dini rəhbəri Əli Xamenei çıxış edərək, "Suriyada güclü və şərəfli hərəkatın yüksələcəyini proqnozlaşdırıram" demiş və ölkənin “cəsur gənclərini İsraili Suriyadan qovmağa” çağırmışdı. Ardınca isə İranın vitse-prezidenti və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Dəməşqi genişmiqyaslı vətəndaş müharibəsinə qarşı xəbərdarlıq etmiş və ölkənin yeni hökuməti də daxil olmaqla, regional dövlətləri dialoqa çağırmışdı. İran rəsmilərinin ard-arda bəyanatlarına Suriyanın cavabı da özünü çox gözlətməmişdir. Ölkənin yeni administrasiyanın xarici işlər naziri Həsən Şeybani X platformasında paylaşım edərək İranı Suriya xalqının iradəsinə, ölkənin suverenliyi və bütövlüyünə hörmət göstərməyə səsləyib. Ondan əvvəl isə Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əş-Şara (Colani) “Şərq əl-Əvsat”a açıqlamasında İranın son illərdə Suriyada oynadığı rolu tənqid edib. Suriyanın İran üçün tramplin halına gəldiyini və 4 mühüm ərəb paytaxtını Tehrandan idarə olunduğunu deyən ifadə edən Şara deyib: “İran girdiyi bütün ölkələrdə müharibələr və fitnə-fəsadlar törətdi, Körfəzin təhlükəsizliyini pozdu, bölgəni narkotik və kaptaqonla doldurdu".


Suriyanın yeni hökumətinin anti-İran mövqeyinə baxmayaraq, rəsmi Tehranın niyə bu cür mübahisəli bəyanatlar verməsi maraq doğurur. Bu ziddiyyətli bəyanatları Musavat.com-a şərh edən siyasi şərhçi Heydər Oğuz vurğulayıb ki, görünür, İran özünün Aralıq dənizinə çıxışı marşrutunun üzərində yerləşən Suriyanı itirməklə razılaşa bilmir, bu səbəbdən də diplomatik əlaqələri bərpa etməyə çalışır:

“Amma bu əlaqələrin belə tezliklə bərpa olunması asan olmayacaq. Ən böyük problem isə İranın məzhəbçi ritorikadan qurtula bilməməsidir. Təsəvvür edin, bir tərəfdən İran diplomatları münasibətləri yenidən qurmaqdan danışırlar. Digər tərəfdən isə, İran dini lideri Suriyanı vətəndaş müharibəsi ilə təhdid edir. Ən qəribəsi isə odur ki, bu zamanadək Qərbə meylli siyasi xadim kimi tanınan və dərin diplomatik ağlı ilə seçilən Məhəmməd Cavad Zərif də dini rəhbərə qoşulub “genişmiqyaslı vətəndaş müharibəsi”ndən dəm vurur. Halbuki, bu zamana qədər İranın məzhəbçi-bölücü ritorikasına aldanıb özlərini fəda edən insanların Suriyada vətəndaş müharibəsi çıxarmaq imkanı yoxdur. İlk növbədə ona görə ki, Suriyada və Livanda ağır məğlubiyyətlə üzləşən şiə radikalları özlərinin motivasiyalarını itiriblər. Əgər belə olmasaydı, Putinin təbiriylə desək, İranın 10 minlərlə proksi qüvvəsi 350 nizamsız silahlının qabağından qaçmazdı. Suriyada yaşananlar İrana bağlı qüvvələrin döyüş motivasiyasının sıfır səviyyədə olduğunu göstərir. Bu cür döyüşçülərin hər hansı mübarizə aparmaq imkanı da olmaz”. İranın son zamanlar iqtisadi cəhətdən də çökdüyünü bildirən Heydər Oğuz son zamanlar bu ölkədə yaşanan enerji böhranının da bunu təsdiq etdiyini bildirdi:
“Bilirsiniz ki, İran dünyanın ikinci ən böyük təbii qaz ölkəsidir. ABŞ Energetika Nazirliyinin keçən ilki hesabatına görə, dünyada qaz ehtiyatlarına malik ölkələr arasında Rusiya 1688 trilyon kubfut ehtiyatla birinci, İran isə 1203 trilyon kubfut ehtiyatla ikinci yerdədir. Buna baxmayaraq, bu il İranda ağır enerji böhranı yaşanır. Günlərlə İranın bir çox kənd və şəhərlərinə elektrik verilmir. Hətta İranın Prezident Administrasiyasının binası belə, günün böyük hissəsini eletriksiz keçirir. Bəzi məktəblərin belə, elektrik yoxluğu ucbatından tətilə çıxdığı da gələn məlumatlar arasındadır. İran yetkililəri ölkədə yaşanan elektrik böhranını yetərli səviyyədə qaz istehsal edilməməsi ilə əlaqələndirirlər. Təsəvvür edin, İran rəsmiləri özlərinin qaz infrastrukturlarını yenidən bərpa etmək üçün 80 milyard dollara ehtiyac duyduqlarını bildirirlər. Təəccüblü burasıdır ki, Suriyaya, Yəmənə, Livana hər il milyardlarla dollar xərclədiyi halda öz enerji infrastrukturuna sərmayə yatırmaq istəmir. Bu yaxınlarda İran deputatlarından biri Suriyaya indiyədək 30 milyard dollar xərclədiklərini bildirib, Colanidən həmin vəsaiti geri istəyirdi. İran 2011-ci ildən Suriyadadır. Hardasa 14 il.
Bu müddət ərzində həqiqətən də Suriyada müharibəyə 30 milyard dollar xərcləyibsə, deməli hər il təkcə Suriyada 2 milyarddan çox vəsaiti insan qanını tökməyə, günahsız insanları qətl etməyə, milyonlarla dinc vətəndaşı didərgin salmağa xərcləyib. Bundan əlavə, digər ərəb ölkələrinə də xeyli miqdarda vəsait ayırıb. Halbuki bunun əvəzinə qaz infrasturunu qursaydı, indiki ağır vəziyyətə düşməzdi. Getdikcə inkişaf edib dünyanın ən zəngin ölkəsinə çevrilərdi. Üstəlik, bu qədər vəsaiti axıtdığı ölkələr də tədricən onun əlindən çıxır və həmin ölkələrdə hakimiyyətlərə İranın bu siyasətinin qurbanına çevrilən qüvvələr gəlir. Beləcə, qoyduğu investisiyalar da təkcə havaya sovrulmaqla qalmır, onun öz əleyhinə yönəlir. Hesab edirəm ki, İran yaxın qonşuları ilə dostluq münasibətləri qurmaq istəyirsə, ilk növbədə özünü dəyişdirməyi bacarmalı, məzhəbçi separatist mövqedən əl çəkməlidir. Bu isə İrandakı hakim rejimdən imtina ilə mümkündür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:315
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri