Suriyalılar artıq ölkələrinə qayıda bilər Hakan Fidan
Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.
Metbuat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.
H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.
Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq: "İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir".
H.Fidan həmçinin bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırıb: "Bölgədə sabitsizliyi daha çox davam etdirməmək lazımdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Dekabr 2024 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















