Icma.az
close
up
RU
Suriyanın mərkəzləşməsini istəməyən kifayət qədər qüvvələr var, bu qüvvələrə İsrail rəhbərlik edir

Suriyanın mərkəzləşməsini istəməyən kifayət qədər qüvvələr var, bu qüvvələrə İsrail rəhbərlik edir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bir il əvvəl, 2024-cü il dekabrın 8-də səhər saatlarında Bəşər Əsədin paytaxt Dəməşqi tərk etdiyi və müxalif qrupların (ilk olaraq cənubdan Dəra istiqamətindən Əhməd əl-Avdanın rəhbərlik etdiyi 8-ci briqada – K.R.) şəhərə daxil olduğu xəbərləri yayıldı. Əvvəlcə Bəşər Əsədi Dəməşqdən aparan hərbi nəqliyyat təyyarəsinin Laziqiyyə vilayəti üzərində dağlıq zonada vurulduğu barədə iddialar səslənsə də, sonradan bu məlumatlar təsdiqlənmədi və Əsəd yaxın ətrafı ilə birlikdə Moskvaya qaçırıldı. Ailəsi və sərvəti isə ondan əvvəl Moskvaya aparılmışdı.

Dekabrın 8-də Bəşər Əsədin Dəməşqi tərk etməsi ilə eyni saatlarda müxalif qruplar Dəməşqə daxil oldu. Bununla da Hafiz Əsədlə başlayan 53 illik ata-oğul Əsədlər hakimiyyətinə son qoyuldu. Dəməşqə daxil olan silahlı müxaliflər Bəşər Əsəd və Mahir Əsədin sarayları da daxil olmaqla hakimiyyətə məxsus binaları, Mərkəzi Bankı və İran səfirliyini ələ keçirərək qarət etdilər. Tezliklə HTŞ komandiri və İdlibin hakimi Əbu Məhəmməd əl-Colani (Əhməd Hüseyn əş-Şaara) Suriyanın faktiki dövlət başçısı oldu. Ardınca əsasən HTŞ və İdlib hökumətinin üzvlərindən ibarət müvəqqəti hökumət kabineti formalaşdırıldı.

Bəşər Əsəd rejiminin süqutundan sonra sonra qarşıdakı 4 ildə Əhməd Şara rəhbərliyindəki rejim Suriyanın gələcəyinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına politoloq Turan Rzayev bildirib ki, Əhməd əş-Şaaranın hükuməti Əsəd sonrasında Suriyada kifayət qədər ciddi işlər görüblər: “Qeyd etmək lazımdır ki, Suriyada Bəşər Əsəd və ümumilikdə Əsəd ailəsinin hakimiyyəti ölkə tarixinə xoş xatirələrlə deyil, qanlı hadisələrlə düşüb. Bu rejim avtoritar idarəetmə üsulu ilə seçilib. Əsəd iqtidarı həm daxili müxalifətə, həm də öz xalqına qarşı sərt və qəddar yanaşması ilə yadda qalıb. Kütləvi qətliamlar, insan hüquqlarının pozulması və zorakı üsullarla idarəçilik bu rejimin əsas xüsusiyyətləri olub. Uzun müddət əslində hakimiyyətdə qaldılar. Ərəb baharının bəlkə də son dayağı idi, son qalası sayılırdı, ərəb baharının ən gec bitdiyi bir ölkə idi. Amma buna baxmayaraq Əhməd əş-Şaaranın hükuməti Əsəd sonrasında Suriyada kifayət qədər ciddi işlər görüblər. Məsələn, ən sadəsi Türkiyə ilə münasibətləri normallaşdı, Türkiyənin timsalında Azərbaycanla da münasibəti normallaşdı. Bizim ilk ağıla gələn, deyə biləcək məsələlər bunlardır. Əhməd əş-Şaaranın Azərbaycana səfəri baş tutdu. Bundan başqa cənab prezidentlə müxtəlif tədbirlərdə üz-üzə gəldilər. Bəşər Əsədin atası Hafiz Əsədin dövründən qalan problemlər müzakirə edildi və bu gün Suriyada Azərbaycan SOCAR şirkəti fəaliyyətə başlayıbdır. Hətta Suriya neftinin istehsalı və Avropa bazarına çıxarılmasında SOCAR müəyyən paylar əldə edibdir. Azərbaycan öz növbəsində Suriyada bərpa prosesində yaxından iştirak etməklə bağlı qərar qəbul edibdir. Artıq bu proses başlayıb. İlk olaraq bir çox problemi olduğu ölkələrlə münasibəti normallaşdı. Çox adam gözləyirdi ki, o Əfqanıstanı vuracaqdı, ancaq buna getmədi daha dünyəvi bir dövlət modelini tutmağa çalışır. O mərkəzləşmiş bir dövlət anlayışını mənimsəyibdir. Yəni Türkiyənin dəstəyi ilə mərkəzi bir dövlət yaratmağa çalışır. Bunun nə qədər bacarır? Hələlik sualdır. Çünki Suriyanın mərkəzləşməsini istəməyən kifayət qədər qüvvələr var, bunun da başında İsrail dayanır. İsrail xüsusilə Suriyanın cənubundakı Suveyda bölgəsində druzların yaşadığı ərazilərdə xüsusilə druzları silahlandırır, ayaqlandırır. Bundan başqa Amerika və İsrailin dəstəklədiyi, Suriyanın Şimal Şərqindəki Deyr əl-Zöhr bölgəsindəki Rojava kürdləri-biz onları ən çox YPJ kimi bilirik. Onların hələ də orda fəaliyyəti davam edir və faktiki bir dövlət kimi özlərini aparırlar. Bundan başqa Ələvilərin vaxtaşırı ayaqlanması olur. Hərçənd bu qədər mərkəzləşmə əleyhinə olan qüvvələr var, kənar təsir ilə dəstəklənir, amma əş-şara hökumətinin məsələn, ən yaxşı etdiyi cəhətlərindən biri bütün etnik azlıqlar və dini konfesiyyalara yer verdi. Hətta bunların ən məşhuru Müdafiə nazirinin birinci müavini türkmən əsilli Fəhim İsadır”.

Turan Rzayev

Turan Rzayev vurğulayıb ki, Suriya bu qısa müddət ərzində Qərblə münasibətləri normallaşdırmağa başlayıb: “Hökumətin tərkibində kürdlər və ərəblər də var- hətta xristian azlıq belə mövcuddur. Yəni əş- Şara faktiki olaraq dünyəvi dövlət qurmağa çalışır. Əsəddən fərqli bir sistemə keçirir. Amma bu Suriyada bu nə dərcədə alınacaq? Sual doğurur. Ümumiyyətlə bəzi dövlətlər və bəzi coğrafiyalarda demokratiyanın birdən gəlişi ciddi fəsadlara gətirib çıxara bilir. Avtoritar sistemlərin belə müəyyən bir nizam-intizamı olur, lakin Bəşər Əsəd dövründə bu sistem iflasa uğradı. Hazırda isə Əbu Məhəmməd əl-Çolani (Əhməd əş-Şara) ölkəni toparlamağa çalışır. Suriya bu qısa müddət ərzində müəyyən irəliləyişlər əldə edib. Qərblə münasibətləri normallaşdırmağa başlayıb. Əgər əvvəllər rejimin əsas dəstəkçiləri İran və Rusiya idisə, bu gün Suriya ilə münasibət quran ölkələrin coğrafiyası genişlənməkdədir. Bu da ölkənin toparlanma mərhələsinə qədəm qoyduğunu göstərir.

Əlbəttə, Suriyanın bu prosesi nə dərəcədə uğurla davam etdirə biləcəyi və Əş-Şaranın siyasi kursunun nəticələri zamanla bəlli olacaq. Hazırkı mərhələdə isə onun atdığı addımların müəyyən qədər uğurlu olduğu görünür. Şübhəsiz hər yeni rejimin və hər yeni addımların özlüyündə bir müxalif kütləsi olur, bu Suriyada belədir. Bununla belə, hər yeni rejimin öz müxalif qüvvələri olur və bu, Suriyada da istisna deyil. Əş-Şaranın qarşısında ciddi problemlər durur. Bu problemlərin başında isə Əsəd rejiminin silahlı qruplardan ibarət qalıqları gəlir. Xüsusilə "Nur" və digər silahlı qruplar, eyni zamanda etnik azlıqlar - kürdlər (YPJ) və druzlar zaman-zaman üsyanlar qaldırır. Bu problemlərin həlli zaman tələb edir və Əş-Şaranın bu prosesləri necə idarə edəcəyi hələlik qeyri-müəyyəndir”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri