Suriyanın yeni hakimiyyət orqanları bu günə qədər bacarıqlı davranır Nebenzya
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bunu “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Əlbəttə, de-fakto hakimiyyət onlardan sanksiyaların götürülməsini istəyir və özlərini bütün suriyalıların maraqlarını düşünən hökumət kimi təqdim etmək niyyətində olduqlarını bildirirlər. Etiraf edim ki, bu gün onlar özlərini kifayət qədər bacarıqlı aparırlar", - deyə diplomat qeyd edib.
O vurğulayıb ki, Rusiya və Suriyanı “heç bir rejimlə əlaqəli olmayan” çoxillik dostluq əlaqələri birləşdirir. Nebenzinin sözlərinə görə, Suriyanın hazırkı rəhbərliyi Rusiyanın mövcudluğunu davam etdirməkdə maraqlı siqnallar göndərir. “Ancaq yenə də, başa düşdüyüm qədər, məsələ hələ konkretliyə gəlməyib”, - deyə daimi nümayəndə əlavə edib.
Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, Bəşər Əsəd Suriya rusiyanın köməyi ilə ölkədən qaçaraq Moskvaya sığınıb. Dekabrın 10-da İdlib vilayətində müvəqqəti Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 03 Yanvar 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















