Icma.az
close
up
RU
İran Suriyanın yeni hakimiyyət orqanları ilə təmasların şərtlərini açıqlayıb

İran Suriyanın yeni hakimiyyət orqanları ilə təmasların şərtlərini açıqlayıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İran Suriyanın yeni hakimiyyət orqanları ölkədə təhlükəsizliyi təmin edənə qədər Suriyanın keçid hökuməti ilə əlaqə yaratmaq niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“İran Suriyanın hazırkı hökuməti ilə əməkdaşlıq etmir. Bizim heç bir əlaqəmiz yoxdur və biz onlarla münasibət yaratmağa tələsmirik. Eyni zamabda, biz ona qarşı heç bir tədbir görmürük (yeni keçid hökumətini nəzərdə tutur). Biz sadəcə onların təhlükəsizliyi, sabitliyi və bütün etnik qrupları əhatə edən inklüziv, qanuni hökumətin təmin edilməsi işini başa çatdırmasını gözləyirik”, - deyə o, "RT"yə müsahibəsində qeyd edib.

İranlı nazirin sözlərinə görə, Suriya məsələsi onun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə qaldırılıb. "Həm İran, həm də Rusiya Suriyadakı vəziyyətdən son dərəcə narahatdır və hər iki tərəf regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində maraqlıdır", - deyə Əraqçi əlavə edib.

Martın 6-dan 10-dək Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələri keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının Latakiya, Tartus, Həma və Homs əyalətlərində silahlı üsyanları yatırıblar. Toqquşmalar nəticəsində 1500-dən çox insan həlak olub.

Martın 24-də İdlib və Latakiya əyalətləri sərhədindəki dağlıq ərazilərdə Əsədin 15 silahlı tərəfdarı saxlanılıb. Xan Şeyxun şəhərinin ərazisində təmizləmə əməliyyatının aparıldığı ərazidə əvvəlki səlahiyyətlilərlə əlaqəli daha bir neçə qrup müəyyən edilib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Aprel 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri