Sürreal saat rekord qiymətə satıldı
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Saat dünyasının ən qeyri-adi modellərindən biri sayılan “Cartier Crash” Honkonqda keçirilən “Sotheby's” hərracında rekord qiymətə satılıb.
“Qafqazinfo” xəbər verir ki, 1987-ci ilə aid qızıl model təxminən 2 milyon dollara alıcı tapıb.
Bu göstərici “Cartier” brendinin tarixində satılmış ən bahalı qol saatı kimi qeydə alınıb.
1960-cı illərin sonlarında yaradılan və “əriyən” formasına görə seçilən bu model sürreal üslubu ilə diqqət çəkir. Saatın dizaynı tez-tez Salvador Dalinin məşhur əsərlərini xatırlatdığı üçün sənət və saat həvəskarlarının xüsusi marağına səbəb olur.
Sadə mexaniki quruluşuna baxmayaraq, “Crash” modeli illər keçdikcə kolleksiyaçılar arasında daha da dəyər qazanır. Son dövrlərdə bir çox məşhurların bu modeli seçməsi də ona olan tələbatı artıran amillərdən biri kimi qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 May 2026 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















