Sürücü bəzi hallarda qarşıdakı avtomobili sağdan ötə bilər Qanun nə deyir? VİDEO
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Yol hərəkəti qaydalarına əsasən, hərəkətdə olan nəqliyyat vasitəsini qabaqlamaq (ötmək) üçün, bir qayda olaraq, yalnız sol tərəfdən manevr edilməlidir.
Moderator.az bildirir ki, Oxu.az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu hərəkətdə olan avtomobili sağdan ötmə ilə bağlıdır.
Hansı hallarda sağdan ötmə mümkündür?
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ötmənin yalnız sol tərəfdən həyata keçirilməsi əsas tələbdir. Həmin qanunvericilik aktına görə, relssiz nəqliyyat vasitəsini keçmək üçün yalnız sol tərəfdən istifadə edilməlidir.
Lakin qanunda bu qaydanın konkret bir istisnası da nəzərdə tutulub. Belə ki, əgər qabaqda hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü sola dönmə siqnalı verib manevrə başlayıbsa, həmin nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 17 İyul 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















